...

Təxirəsalınma müddəti iki həftə uzadılıb


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb. Bunu nəzərə alan Azərbaycan Futzal Federasiyası Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun oyunlarının təxirə salınması müddətini mayin 4-dək uzadıb. Oyunların başlanma tarixi barədə saytımızda əlavə məlumat yerləşdiriləcək.