...

“Araz” mübarizəyə başlayır


UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz” bu gün ilk oyununu keçirəcək. Təmsilçimiz “De Bres Arena”da Bakı vaxtı ilə 22:30-da Belçika çempionu “Halle Gooik”lə üz-üzə gələcək. Komandamız oyuna itkilərlə çıxacaq. Belə ki, Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyib. Çətin durumla üzləşən təmsilçimiz 8 futzalçı ilə mübarizə aparacaq.

 

 

“Araz” - “Halle Gooik” (Belçika)

9 oktyabr. Halle şəhəri. De Bres Arena. Saat 22:30

Hakimlər: Nikola Jelic (Xorvatiya),  Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova)

Hakim-inspektor: Silvo Borosak (Sloveniya)

UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya)