...

Bu gün saat 20:00: Azərbaycan – Yunanıstan


Avropa çempionatının əsas mərhələsi çərçivəsində son oyununu bu gün keçirəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Yunanıstandan olan həmyaşıdları ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Növbəti mərhələyə yüksəlmək şansını itirən hər iki komanda ilk qələbəsini qazanmaq üçün mübarizə aparacaq.

Azərbaycan – Yunanıstan

25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

Hakimlər: Martin Koster (Danimarka), Norbert Szilagy (Macarıstan), Nikola Manzione (İtaliya)

Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)

Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)

UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)