...

AÇ-2026 iki ölkədə keçiriləcək


2026-cı ildə Avropa çempionatının final mərhələsi iki şəhərdə - Riqada (Latviya) və Kaunasda (Litva) keçiriləcək. Bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Oyunlar 2026-cı il yanvarın 18-dən fevralın 8-dək baş tutacaq.

Qeyd edək ki, Riqa Arena 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə evsahibliyi edib. Kaunas Arena isə daha mötəbər yarışı qəbul edib. Şəhərin ikinci böyük arenasında DÇ-2021-in final mərhələsinin 22 matçı keçirilib ki, bura açılış və bağlaşın matçları da daxildir.

Final mərhələsində 16 komanda iştirak edəcək ki, onlardan 14-ü seçmə mərhələlərdən vəsiqə qazanacaq. Seçmə mərhələnin oyunları gələn il aprelindən 2025-ci ilin sentyabrına qədər davam edəcək.

Buna qədər AÇ-nin final mərhələsinə Niderland (2022), Sloveniya (2018), Serbiya (2016), Belçika (2014), Xorvatiya (2012), Macarıstan (2010), Portuqaliya (2007), Çexiya (2005), İtaliya (2003), Rusiya (2001) və İspaniya (1999 və 1996) evsahibliyi edib. Millimiz 2010-cu ildən başlayaraq ardıcıl 6 dəfə AÇ-nin final mərhələsində iştirak edib.