...

Yarımfinal oyunları canlı yayımlanacaq


Azərbaycan kubokunun yarımfinal mərhələsinin hər iki oyunu canlı yayımlanacaq.

Tamaşaçılar aprelin 25-də, saat 15:00-dan etibarən CBC Sport-un efirindən “Neftçi” İK – “Baku Fire” görüşünü izləyəcəklər. Saat 18:00-da start götürəcək “Araz-Naxçıvan” – PFL matçı isə federasiyanın youtube kanalı (azfutzal tv) üzərindən yayımlanacaq. Hər iki qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. Zala giriş sərbəst (biletsiz) olacaq.