...

Yüksək Liqanın son matçı canlı yayımlanacaq


Yüksək Liqada mövsümün son oyunu – “Araz-Naxçıvan” – U-19 matçı canlı yayımlanacaq.

Mayın 2-də, saat 14:00-da Bakı İdman Sarayında baş tutacaq görüşü azarkeşlər CBC Sport-la canlı izləyə biləcəklər. Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək. Son turun nəticələrindən asılı olmayaraq, “Araz-Naxçıvan” növbəti dəfə çempionluq kubokunu başı üzərinə qaldıracaq və növbəti mövsüm ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək. “Baku Fire”ə gümüş, “Neftçi” İK-ya bürünc medallar təqdim olunacaq.