...

Bu gün Yüksək Liqada mövsümə yekun vurulur


Bu gün Yüksək Liqada mövsümün sonuncu - XX turun oyunları keçiriləcək. Record club çempionatdan kənarlaşdırıldığına görə, Baku Fire 3 xalı meydana çıxmadan qazanacaq. CBC Sport-la canlı yayımlanacaq Araz-Naxçıvan – U-19 matçından sonra mükafatlandırma mərasimi keçiriləcək.

Neftçi İK - Yasamal Bakı

2 may. Bakı İdman Sarayı. Saat 11:45

Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Ceyhun Hüseynov

Hakim-inspektor: Əfqan Həmzəyev

 

Araz-Naxçıvan – U-19

2 may. Bakı İdman Sarayı. Saat 14:00

Hakimlər: Elgün Hüseynov, Mahir Məmmədov, Rza Məmmədov

Hakim-inspektor: Murad Məmmədov