...

Kubokun 27-ci sahibi hansı komanda olacaq?


Mayın 7-də futzal üzrə Azərbaycan kubokunda 2023/2024-cü il mövsümünə yekun vurulacaq. Qalib adı uğrunda Yüksək Liqanın qızıl və gümüş medalçıları - “Araz-Naxçıvan” və “Baku Fire” komandaları qarşılaşacaq.

Ümumilikdə indiyə qədər 11 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.

Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15, “Marafon Futsal” 2017/18 və “Baku Fire” 2022-23-cü il mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib. Bu dəfə “Araz-Naxçıvan”ın 15 illik həsrəti başa çatacaqmı? Və ya “Baku Fire” titulunu qoruya biləcəkmi?

 

Azərbaycan kubokunu

Mövsüm      Kubokun sahibi

1994/95       “Neftçi”

1995/96       “Neftçi”

1996/97       “Avtomobilçi”

1997/98       “Avtomobilçi”

1998/99       “Nabspor”

1999/00       “Azərneftyanacaq”

2000/01       “Azərneftyanacaq”

2001/02       “Gömrükçü”

2002/03       “Gömrükçü”

2003/04       “Turan” AİR

2004/05       “Araz”

2005/06       “Araz”

2006/07       “Araz”

2007/08       “Araz”

2008/09       “Araz”

2009/10       “Neftçi” İSM

2010/11       EKOL

2011/12       EKOL

2012/13       “Neftçi” İSM

2013/14       “Neftçi” İSM

2014/15       “Fener” FK

2015/16       EKOL

2016/17       “Neftçi” İK

2017/18       “Marafon Futsal”

2018/19        EKOL

2019/20       Yarış başa çatdırılmayıb

2020/21       Pandemiya ilə əlaqədar keçirilməyib

2021/22        “Neftçi” İK

2022/23       “Baku Fire”