XƏBƏRLƏR
-
Mərkəzi oyunda seriya qırıldı, U-19-dan ilk qələbə
Bu gün Yüksək Liqada qış fasiləsi başa çatıb. 2024-cü ilə derbi ilə start verilib. Hesabı nominal meydan sahibləri açsa da, “Baku Fire” ardıcıl 3 qol vurmaqla üstünlüyü ələ aldı. Düzdür, “Neftçi” yenidən fərqi azaltmağı bacardı, amma fasiləyə qədər nominal qonaqlar daha iki dəfə rəqib torunu silkələdi.
İkinci hissə daha sürətli, gərgin və bir qədər də dramatik keçdi. “Neftçi” bu dəfə rəqibindən daha çox qol vurdu. Hətta qırmızı vərəqə da “ağ-qaralar”ın fərqi minimuma endirməsinə mane olmadı. Matçın taleyini isə “Neftçi”nin gənc qolkiperi Zaur Sultanovun səhvi həll etdi. Topu qəbul edərkən səhvə yol verən qolkiper Kənan Manafovun fərqlənməsinə imkan yaratdı. Yekunda qələbə qazanan “Baku Fire” cari mövsümdəki heç-heçə seriyasını qırmış oldu. Belə ki, bu komandalar arasında 1-ci və 2-ci dövrədə keçirilən oyunlar 5:5 hesabı ilə yekunlaşmışdı.
“Araz-Naxçıvan”ın “Yasamal Bakı” ilə dueli daha çox yeniləri tanımaq baxımından maraqlı oldu. Lider finişə zirvədə çatmaq üçün qış fasiləsindən maksimum yararlanmağı bacardı. Elə yenilərdən 3-ü fərqlənməklə komandasına faydalı olacaqlarını göstərdi.
Turun son matçı U-19-un böyükhesablı qələbəsi ilə əlamətdar oldu. Bu, gənclər yığmamızın cari mövsümdə ilk qələbəsi idi.
-
Bir oyun keçiriləcək
Yüksək Liqada X turdan qalmış bir oyun keçiriləcək.
-
Bu gün Yüksək Liqa, XI tur
Yüksək Liqada qış fasiləsi başa catir. Bu gün XI turun oyunları keçiriləcək.
-
Birinci Liqa, XII tur: Təyinatlar
Birinci Liqada XII turun oyunlarına təyinatlar açıqlanıb.
-
Azərbaycan – Rumıniya oyununun nəticəsi ləğv edilib
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 15-də keçirilən Azərbaycan – Rumıniya oyununun nəticəsini (matç 5:5 hesabı ilə başa çatmışdı) ləğv edib. Komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib. Buna səbəb qeyd olunan oyun zamanı komandamızın UEFA İntizam Qaydasını pozmasıdır.
-
AK, 1/8 final: Oyun cədvəli
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. Əvvəlcədən də xəbər verdiyimiz kimi, oyunlar fevralın 10-da və 11-də Olimpik Starda keçiriləcək.
-
Azərbaycan kubokunun püşkü atılıb
Bu gün Bakı İdman Sarayında Azərbaycan kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. Yüklsək Liqanın 6, Birinci Liqanın 10 komandasının mübarizə aparacağı yarışda qalib komanda bir oyunda müəyyənləşəcək. Əgər əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcək. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq. Bu mərhələnin oyunları fevralın 10-da və 11-də, final oyunu isə mayın 7-də keçiriləcək.
-
“Araz-Naxçıvan”dan növbəti transfer
Qış transfer pəncərəsindən maksimum istifadə edən “Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır.