UEFA ÇEMPİONLAR LİQASI
-
“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
Bu gün UEFA Çempionlar Liqasında 2026-2027-ci illər mövsümünün ilk püşkatma mərasimi keçirilib. Əvvəlcədən də xəbər verdiyimiz kimi, ilkin və əsas mərhələdə iştirak edəcək komandaların rəqibləri müəyyənləşib. Təmsilçimiz “Araz-Naxçıvan” əsas mərhələnin B yolunda mübarizəyə başlayacaq. Komandamızın yer aldğı 5-ci qrupun oyunları Polşada keçiriləcək.
-
“Araz-Naxçıvan” ÇL-nin B yolunda
Xəbər verdiyimiz kimi, iyulun 8-də, saat 14:00-da UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılacaq. Ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” bu dəfə mübarizəyə əsas mərhələdən başlayacaq.
-
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
UEFA Çempionlar Liqasının 2026-2027-ci illər mövsümünün reqlamenti açıqlanıb. Yarış ötən il olduğu kimi keçiriləcək. Bu dəfə də ilkin və əsas mərhələnin oyunları mini-turnir şəklində baş tutacaq. Oyunlar qrupda yer alan klublardan birinin təmsil etdiyi şəhərdə keçiriləcək.
Milli komandaların son reytinq cədvəlində (aprel) ilk “4-lük”də yer alan ölkələrin hər biri 2 klubla təmsil olunacaq. Rusiya cəzalı olduğuna görə, Portuqaliya, İspaniya, Qazaxıstan və Ukrayna bu hüquqdan yararlanacaq.
Əsas mərhələdə komandalar yenə A və B yolunda yarışacaqlar.
-
Təmsilçimiz mübarizəni dayandırıb
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Araz-Naxçıvan” lissabonda “Benfika”nın qonağı olub. İlk oyunla müqayisədə hər iki komandanın heyətində dəyişiklik var idi. Təmsilçimizdə cəzası başa çatan Karlos Bertuola, Valerio Giovanny və Aleks Teixeira bu dəfə iş başında idi. əvəzində İaqo Henrique səfərə aparılmamışdı.
Hesab 10-cü dəqiqədə açıldı. Souzanın bu qolu fasiləyə qədər yeganə olub. İkinci hissədə təmsilçimizin üzvü Perruzo ikinci sari-qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Bundan maksimum yararlanan meydan sahibləri fərqi artırdı. Bu dəfə Koelho fərqləndi. Bakıdakı oyunda hesab açan Anilton Silva isə 35-ci dəqiqədəfərqi 3 topa çatdırdı. 13 nömrə 1 dəqiqə sonra dublnu rəsmiləşdirib. Cəmi 20 saniyə sonra Luicci Longo “Araz-Naxçıvan”ın ilk qolunu vurdu. Matçda son qolun müəllifi isə Ədalət Ələkbərov oldu.
Beləliklə səfər oyununda da məğlub olan “Araz-Naxçıvan” mübarizəni dayandırdı.
-
Bu gün saat 21:30: “Benfika” - “Araz-Naxçıvan”
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində təmsilçimiz “Araz-Naxçıvan” Lissabonda “Benfika”nın qonağı olacaq. Oyun saat 21:30-da başlayacaq və CBC Sportla canlı yayımlanacaq.
-
“Araz-Naxçıvan”ın cavab oyunu üçün heyəti
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda sabah – dekabrın 5-də Lissabonda “Benfika” ilə qarşılaşacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib. Baş məşqçi Yevgeni Kukseviç səfərə 2-si qapıçı olmaqla ümumilikdə 13 futzalçı aparıb.
-
Cavab oyununa təyinatlar
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Benfika” – “Araz-Naxçıvan” oyununa təyinatlar açıqlanıb. Matçı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüş dekabrın 5-də keçiriləcək.
Bu komandalar arasında Bakıda keçirilmiş matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.
-
UÇL, 1/8 final, ilk oyun: Araz-Naxçıvan - Benfika (fotolar)