UEFA ÇEMPİONLAR LİQASI
-
“Tapşırığı yerinə yetirməli, hədəfə çatmalıyıq”
UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” dünən ilk oyununu keçirib. 9:1 hesablı qələbə sayəsində təmsilçimiz hazırda yer aldığı F qrupunun lideridir. “Sparta Belfast”la matçda dubl edən Ülvi Əliyev həm görüş, həm də komandanın hədəfləri barədə azfutzal.az-a açıqlama verib:
-
Təmsilçimiz Şotlandiya çempionu ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcək. Təmsilçimiz Şotlandiya çempionu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, təmsilçimiz ilk matçda “Sparta Belfast”a 9:1 hesabı ilə qalib gəlib. “Saltires” isə Avstriya çempionu “Ljuti Krajişniçi”ə 1:5 hesabı ilə yenilib.
-
“Araz-Naxçıvan” böyükhesablı qələbə ilə başladı
UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayıb. Təmsilçimiz Şimali İrlandiya çempionu “Sparta Belfast”la qarşılaşıb. Yay transfer dövründə heyətinin böyük hissəini yeniləsən son çempion matça fəal başlayıb. 3-cü dəqiqədə Alleks hesabı açıb. Ardınca Ülvi fərqi artırıb. Daha sonra Bertuola və Teyxeyra fərqlənib. Fasiləyə qədər Karlos dubl edib. İkinci hissənin əvvəlində rəqib fərqi 4-ə endirib. 31-ci dəqiqədə braziliyalı forvard bu dəfə het-trik edərək fərqi yenidən artırıb. 32-ci dəqiqədə Alleks özünün ikinci, komandasının 7-ci qolunu vurub. 34-cü dəqiqədə əvvəlcə sarı vərəqə alaraq diqqət mərkəzinə düşən Ülvü Əliyev ardınca rəqibi topu meydanın mərkəzindən başlamağa məcbur edib. Jean Perruzo da debüt oyununda qol vurmağı bacarıb. Onun cərimə zərbəsi qarşısı alınmaz olub.
Komandamız sabah eyni vaxtda və məkanda Şotlandiya “PYF Saltires”i ilə qarşılaşacaq.
-
Eyni rəqiblə start....
Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayır. Təmsilçimiz ötən il olduğu kimi, bu dəfə də ilk görüşdə Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə qarşılaşacaq. 2024-cü ilin avqustunda İsveçdə baş tutan görüşdə “qırmızı-ağlar” 7:1 hesablı qələbəyə sevinmişdi.
Ümumiyyətlə klublarımızın avrokubok macərası 2001-ci ildən başlayıb. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz-Naxçıvan” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədir. Belə ki, “qırmızı-ağlar” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır. Turnirin yeni adla ilk qalibi Portuqaliya “Sportinq”i olub.
Klublarımızın futzal üzrə UEFA Çempionlar Liqasındakı (keçmiş adı UEFA Kuboku) nəticələrini diqqətinizə çatdırırıq:
-
Bu gün saat 19:00: Araz-Naxçıvan - Sparta Belfast
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edən “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayır. Təmsilçimiz Avstriyada keçirlən qrup oyununda Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
-
“Araz-Naxçıvan”ın ÇL üçün iştirak ərizəsi
Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib. Siyahıda 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı yer alıb.
-
İlk iki oyuna təyinatlar
UEFA Çempionlar Liqası çərçivəsində “Araz-Naxçıvan”ın keçirəcəyi ilk iki oyuna təyinatlar açılanıb. F qrupunun oyunları Avstriyada keçiriləcək və yalnız qrup lideri əsas mərhələyə vəsiqə qazanacaq.
-
F qrupunun oyunlarına təyinatlar
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldğı qrupunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. UEFA 4 referiyə təyinat göndərib. Orest Dutsiak (Ukrayna), Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro), Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq. Hakim-inspektor funksiyasını isə Talal Daravşi yerinə yetirəcək.