XƏBƏRLƏR
-
“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
Bu gün UEFA Çempionlar Liqasında 2026-2027-ci illər mövsümünün ilk püşkatma mərasimi keçirilib. Əvvəlcədən də xəbər verdiyimiz kimi, ilkin və əsas mərhələdə iştirak edəcək komandaların rəqibləri müəyyənləşib. Təmsilçimiz “Araz-Naxçıvan” əsas mərhələnin B yolunda mübarizəyə başlayacaq. Komandamızın yer aldğı 5-ci qrupun oyunları Polşada keçiriləcək.
-
“Araz-Naxçıvan” ÇL-nin B yolunda
Xəbər verdiyimiz kimi, iyulun 8-də, saat 14:00-da UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılacaq. Ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” bu dəfə mübarizəyə əsas mərhələdən başlayacaq.
-
Kapitanın iştirakı ilə imza günü keçirilib (fotolar)
-
Statistika nə deyir?
Xəbər verdiyimiz kimi, final mərhələsi 2028-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinin püşkü atılıb. Püşk millimizi Çexiya və Latviya ilə rəqib edib. Bəs bu komandalarla indiyə qədər keçirdiyimiz oyunların nəticələri necə olub?
Millimiz Avropa və dünya çempionatının seçmə və final mərhələlərində bu rəqiblərlə qarşılaşıb. Komandamız Çexiya ilə daha çox – 6-sə rəsmi olmaqla 8 matçda üz-üzə gəlib. İlk duel 31 il əvvəl baş tutub. Həmin vaxt qitəmiqyaslı yarışlara yeni ayaq açan yığmamız böyük hesabla uduzmuşdu. Ümumiyyətlə, Çexiya ilə rəsmi matçların 2-də millimiz, 4-də isə rəqib qələbə qazanıb. Onlarla son qarşılaşmalarımız yoldaşlıq matçları çərçivəsində olub. İki il əvvəl Zlin şəhərində baş tutan görüşlərdə çexlər qələbə qazanmışdı.
Latviyaya gəldikdə, onlarla bir dəfə rəsmi, iki dəfə isə yoldaşlıq oyununda rəqib olmuşuq. Rəsmi görüş 28 il əvvəl olub və futzal üçün qeyri-adi hesab ediləcək nəticə qeydə alınıb. Belə ki, qapılara qol vurulmayıb. Yoldaşlıq oyunları isə 2019-cu ildə Liepaya şəhərində keçirilib. İlk qarşılaşmada qələbəni komandamız qazanıb. Ertəsi gün baş tutan matda isə heç-heçə qeydə alınıb.
-
“Cəsarətli və əzmkar olmaq lazımdır “
DÇ-2028-in əsas mərhələsinin püşkü komandamızı Çexiya və Latviya yığmaları ilə bir qrupa saldı. Ev-səfər prinsipi ilə keçiriləcək matçların nəticəsinə uyğun olaraq, qrup mərhələsini ilk iki pillədə başa vuracaq komandalar mübarizəni davam etdirəcək. Təbii ki, millimiz də iddialıdır və vəsiqə qazanmaq üçün yarışacaq. Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç 12-ci qrupu dəyərləndirib:
-
“Normal qrupa düşmüşük”
Xəbər verdiyimiz kimi, bu gün 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb. 12-ci qrupda yer alan millimiz Çexiya və Latviya ilə qarşılaşacaq. Kapitan Emin Kürdov komandamızın şanslarını dəyərləndirib:
-
Millimiz 12-ci qrupda
Bu gün İsveçrənin Nyon şəhərində 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb. 36 komanda hər birində 3 iştirakçı olmaqla 3 qrupa bölünüb. İkinci səbətdə yer alan millimizin Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya ilə qarşılaşmayacağı məlum idi.
Püşkün nəticəsinə əsasən, komandamız 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq. Onlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.
-
Millimiz rəqibləri bilinir....
Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə saat 14:00-da 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələnin püşkü atılacaq. 36 komanda hər birində 12 milli olmaqla 3 səbətə bölünüb. Püşkdən sonra hər qrupda 3 komanda yer alacaq və onlar ev-səfər prinsipi ilə qarşılaşacaqlar. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.
Millimiz 2-ci səbətdə yer alıb. Bu mərhələdə komandamızın rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya yığmaları olmayacaq. UEFA İcraiyyə Komitəsinin qərarı ilə 1-ci səbətdə yer alan komandalardan isə Ermənistan yığması komandamızla rəqib ola bilməz. Rusiya yığması ilə bağlı cəza saksiyası isə davam edir.