...

Statistika nə deyir?


Xəbər verdiyimiz kimi, final mərhələsi 2028-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinin püşkü atılıb. Püşk millimizi Çexiya və Latviya ilə rəqib edib. Bəs bu komandalarla indiyə qədər keçirdiyimiz oyunların nəticələri necə olub? Millimiz Avropa və dünya çempionatının seçmə və final mərhələlərində bu rəqiblərlə qarşılaşıb. Komandamız Çexiya ilə daha çox – 6-sə rəsmi olmaqla 8 matçda üz-üzə gəlib. İlk duel 31 il əvvəl baş tutub. Həmin vaxt qitəmiqyaslı yarışlara yeni ayaq açan yığmamız böyük hesabla uduzmuşdu. Ümumiyyətlə, Çexiya ilə rəsmi matçların 2-də millimiz, 4-də isə rəqib qələbə qazanıb. Onlarla son qarşılaşmalarımız yoldaşlıq matçları çərçivəsində olub. İki il əvvəl Zlin şəhərində baş tutan görüşlərdə çexlər qələbə qazanmışdı. Latviyaya gəldikdə, onlarla bir dəfə rəsmi, iki dəfə isə yoldaşlıq oyununda rəqib olmuşuq. Rəsmi görüş 28 il əvvəl olub və futzal üçün qeyri-adi hesab ediləcək nəticə qeydə alınıb. Belə ki, qapılara qol vurulmayıb. Yoldaşlıq oyunları isə 2019-cu ildə Liepaya şəhərində keçirilib. İlk qarşılaşmada qələbəni komandamız qazanıb. Ertəsi gün baş tutan matda isə heç-heçə qeydə alınıb.

AÇ-96 (seçmə mərhələ - Hollandiya)

28.10.1995. Çexiya – 2:10

AÇ-99 (seçmə mərhələ - Belçika)

07.12.1998. Latviya – 0:0

DÇ-00 (seçmə mərhələ - Xorvatiya)

02.03.2000. Çexiya – 4:8

DÇ-08 (seçmə mərhələ - Çexiya)

02.03.2008. Çexiya – 2:3

AÇ-10 (final mərhələ – Macarıstan)

21.01.2010. Çexiya – 6:1

3-cü yer uğrunda oyun

30.01.2010. Çexiya – 3:5

AÇ-2016 (final mərhələ – Serbiya)

06.02.2016. Çexiya – 6:5

 

Yoldaşlıq oyunları

11.04.2019 (Liepaya) Latviya – Azərbaycan 1:3

12.04.2019 (Liepaya) Latviya – Azərbaycan  2:2

19.09.2024. (Zlin) Çexiya – Azərbaycan 3:0

20.09.2024 (Zlin) Çexiya – Azərbaycan  6:2