...

“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib


Bu gün UEFA Çempionlar Liqasında 2026-2027-ci illər mövsümünün ilk püşkatma mərasimi keçirilib. Əvvəlcədən də xəbər verdiyimiz kimi, ilkin və əsas mərhələdə iştirak edəcək komandaların rəqibləri müəyyənləşib. Təmsilçimiz “Araz-Naxçıvan” əsas mərhələnin B yolunda mübarizəyə başlayacaq. Komandamızın yer aldğı 5-ci qrupun oyunları Polşada keçiriləcək.

“Qırmızı-ağlar” “Piast”, eləcə də ilkin mərhələnin C (“Buba Mara” Bosniya və Herseqovina, “GİU” (Gürcüstan), “Utleyra İdrettslag” (Norveç), LYNX (Cəbəllütarıq) və E (“Veilimdorf”, Almaniya, “Tallinin” (Estoniya), “Unisport” Ermənistan, “Reykyavik” (İslandiya) qruplarının qalibləri ilə üz-üzə gələcək. Əsas mərhələnin oyunları oktyabrın 27-də noyabrın 1-dək keçiriləcək. Yalnız qrup qalibi olan komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.

Məlumat üçün qeyd edək ki, ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 komanda yarışda iştirak edəcək. Onlardan 32-si ilkin mərhələdə mübarisə aparacaq və 8 komanda əsas mərhələyə vəsiqə əldə edəcək. Digər 24 klub isə əsas mərhələdən mövsümə start verəcək.

Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz. Buna görə də "Unisport" E qrupunun qalibi olarsa, 5-ci qrupa F qrupunun qalibi yüksələcək.