...

Millimiz 12-ci qrupda


Bu gün İsveçrənin Nyon şəhərində 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb. 36 komanda hər birində 3 iştirakçı olmaqla 3 qrupa bölünüb. İkinci səbətdə yer alan millimizin Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya ilə qarşılaşmayacağı məlum idi. Püşkün nəticəsinə əsasən, komandamız 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq. Onlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.

1-ci qrup

Ermənistan

Macarıstan

İsveç

 

2-ci qrup

Fransa

Moldova

Monteneqro

 

3-cü qrup

Xorvatiya

Almaniya

Litva

 

4-cü qrup

İspaniya

Finlandiya

Şimali Makedoniya

 

5-ci qrup

Polşa

Bosniya və Herseqovina

Şimali İrlandiya

 

6-cı qrup

Qazaxıstan

Belarus

Albaniya

 

7-ci qrup

Portuqaliya

Rumıniya

Danimarka

 

8-ci qrup

Niderland

Serbiya

Andorra

 

9-cu qrup

Ukrayna

Slovakiya

Estoniya

 

10-cu qrup

İtaliya

Gürcüstan

Kosovo

 

11-ci qrup

Sloveniya

Belçika

Norveç

 

12-ci qrup

Çexiya

AZƏRBAYCAN

Latviya

 

Püşkatma və oyunların keçirilmə tarixləri

Əsas mərhələnin qrup oyunlarının tarixləri: 12-21 oktyabr 2026, 2-11 noyabr 2026, 6-9 dekabr 2026, 22 fevral – 3 mart 2027

Əsas mərhələnin pley-off oyunlarının püşkatması: 3 mart 2027

Əsas mərhələnin pley-off oyunlarının keçirlmə tarixi: 12-21 aprel 2027

Elit-raundun qrup mərhələsinin püşkü: 20 may 2027
Elit-raund qrup mərhələsinin oyunlarının təqvimi: 6-15 sentyabr 2027, 11-20 oktyabr 2027, 13-22 dekabr 2027

Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028
Elit-raund pley-off oyunlarının keçirilmə tarixi: 10-19 aprel 2028