AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
Eyni rəqiblə ikinci oyun
Milli komandamız bu gün Aktauda Qazaxıstan yığması ilə ikinci beynəlxalq oyununa çıxıb. İlk oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç 14-lükdə iki dəyişiklik etmişdi. Eldar Zeynalov və Qüdrət Qasımzadənin əvəzinə Tofiq Mikayılov və Pünhan Qasımzadə komandamıza kömək edirdi. Birinci oyuna yorğun çıxan millimiz bu dəfə daha inamlı təsir bağışladı. Düzdür, hesabı meydan sahibi komanda açdı. Ancaq Ülvi Əliyevlə dərhal bərabərliyi təmin etdik. Növbəti qolu da qazaxlar vursa da, bu dəfə Ədalət Ələkbərov status-kvonu bərpa etdi və komandalar fasiləyə “sülh”lə yollandılar. İkinci hissəyə komandamız daha yaxşı başladı. Hətta ilk real qol vəziyyətini millimiz yaratdı. Oqtay Rüstəmli qapıçı ilə üzbəüz qalsa da, hesabı xeyrimizə dəyişə bilmədi. Əvəzində 29-cu dəqiqədə meydan sahibləri fərqləndi. Qazax futzalçılar 33-cü dəqiqədə fərqi 2 topa yüksəltdi. Ülvi Əliyev və Kənan Manafov qol vurmağa yaxın oldu. Qeyd edək ki, oyunu Azərbaycan Respublikasının Aktau şəhərindəki konsulluğunun, eləcə də diaspor əməkdaşları da izləyirdi.
Qazaxıstan – Azərbaycan: Heyətlər
Bu gün keçiriləcək Qazaxıstan – Azərbaycan beynəlxalq yoldaşlıq oyunu üçün komandaların heyətləri:
Bu gün saat 17:00: Qazaxıstan – Azərbaycan
Bu gün Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirəcək.
“Nəticəyə görə məyusuq”
Qazaxıstanla yoldaşlıq oyunu keçirən və məğlub olan millimizin üzvü Ülvi Əliyevin azfutzal.az-a açıqlaması:
“Bütün üstünlüyü rəqibə verdik”
Bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunundan sonra baş məşqçi Yevgeni Kukseviçin səsləndirdiyi fikirlər:
Qazaxıstan - Azərbaycan: Fotolar
Aktauda ilk oyun
Azərbaycan millisi Aktaudakı təlim-məşq toplanışı çərçivəsində bu gün Qazaxıstan yığması ilə qarşılaşıb. Komandamız səfərə 16 futzalçı ilə yollansa da, görüş FİFA-nın reytinq cədvəlinə salınacağına görə, protokola 14 nəfərin adı daxil edilmişdi. Nəticədə Pünhan Qasımzadə və yüngül zədəsi olan Tofiq Mikayılov oyunu kənardan izlədi. Rəqib isə bir müddət əvvəl karyerasını başa vuran braziliyalı qapıçı İgitanı yenidən heyətə dəvət etmişdi. Edison da komandasına kömək edənlər sırasında idi. Matça rəng qatan məqamlardan biri də uzun müddət milli komandamıza başçılıq edən Alesio Da Silvanın bu dəfə rəqib məşqçisi kimi rəqib düşərgədə olması idi. Tbilisi toplanışı ilə müqayisədə Azərbaycan millisinin qapısını Cavad Məmmədov qoruyurdu. Oyuna gəldikdə, daha təcrübəli heyətə malik meydan sahibləri 14-cü dəqiqədə hesabı açdı. Cəmi 24 saniyə sonra komandamız ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Ancaq 2 dəqiqə sonra Kazıxanovla fərqi minimuma endirdik. Fasiləyə qədər rəqib daha bir qol vurdu. İkinci hissədə ardıcıl qollar vuran Qazaxıstan yığması böyükhesablı qələbə qazandı. Bu komandalar arasında növbəti oyun aprelin 15-də, saat 17:00-da BS Arenada olacaq.
Qazaxıstan – Azərbaycan: Heyətlər
Bu gün Aktau şəhərindəki BS Arenada keçiriləcək Qazaxıstan – Azərbaycan yoldaşlıq oyunu üçün komandaların heyətləri:
‹
1
2
3
4
5
6
7
›
SONUNCU