Azərbaycan kubokunun final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final matçının hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Viniciusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin “Neftçi” komandasına Azərbaycan kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov təqdim ediblər.