XƏBƏRLƏR
-
Millinin oyunu CBC Sportda
DÇ-2024-ün əsas mərhələsində Azərbaycan millisi növbəti oyununu martın 3-də, Bakı İdman Sarayında Yunanıstan yığmasına qarşı keçirəcək. Saat 20:00-da start götürəcək və Portuqaliyadan olan hakimlərin idarə edəcəyi görüş CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
-
Millinin heyəti açıqlanıb
DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Bakıda Yunanıstan, martın 7-də isə səfərdə Polşa yığması ilə qarşılaşacaq Azərbaycan millisi fevralın 27-dən martın 3-dək Bakıda, martın 5-dən 7-dək isə Polşada toplanış keçirəcək. Hazırlıq prosesinə dəvət olunmuş futzalçıların siyahısını diqqətinizə çatdırırıq:
-
İntizam Komitəsinin qərarları
-
“Neftçi” bu dəfə bacarmadı
Bu gün Yüksək Liqada XIV turun oyunları keçirilib. İlk oyunda “Baku Fire” böyükhesablı qələbə qazanıb. Sonuncu pillənin bir növ taleyini həll edən və Səudiyyə Ərəbistanından olan referilərin idarə etdiyi qarşılaşmanı FİFA instruktoru Perry Gautier də izləyib. Fasiləyə qədər 3 cavabsız top vuran “Alyans” ikinci hissədə fərqi qoruya bilməyib. Yeniyetmələr 35-ci dəqiqədə fərqi minimuma endirsələr də, rəqibin yorğunluğundan və passivində 5 cərimə xalı olmasından istifadə edə bilməyib. Yekunda məğlub olan “milli” turnir cədvəlində də mövqeyini dəyişib.
Turun son matçında isə iddialılar üz-üzə gəlib. Lider “Araz-Naxçıvan” cari mövsümdə ondan xal almağı bacaran “Neftçi”yə bu dəfə şans verməyib. Fasiləyə qədər rəqib torunu iki dəfə silkələyən son çempion ikinci hissədə də üstünlüyünü əldən verməyib və yekunda xal ehtiyatını bir qədər də zənginləşdirib.
-
Bu gün, Yüksək Liqa, XIV tur
Bu gün Yüksək Liqada XIV turun oyunları keçiriləcək. Turla bağlı diqqətçəkən məqamlardan biri ikinci oyuna əcnəbi hakimlər təyinat almasıdır. Belə ki, ölkəmizdə FİFA tərəfindən futzal hakimləri və hakim-inspektorları üçün təşkil edilən seminarda iştirak edən Səudiyyə Ərəbistanından olan iki hakim mübadilə proqramı əsasında Alyans – U-19 matçını idarə edəcək. Mərkəzi matçda isə FİFA referiləri fitini səsləndirəcək. “Araz-Naxçıvan” ona cari mövsümdə yeganə xal itkisi yaşadan “Neftçi”ni sınağa çəkəcək.
-
AK, 1/16 final: Təyinatlar
Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Matçlar 3 gün ərzində Olimpik Starda keçiriləcək.
-
Yüksək Liqa, XIV tur: Təyinatlar
Yüksək Liqada XIV turun oyunlarına təyinatlar açıqlanıb. Turun ikinci oyununa əcnəbi hakimlər təyinat alıblar. Belə ki, ölkəmizdə FİFA tərəfindən futzal hakimləri və hakim-inspektorları üçün təşkil edilən seminarda iştirak edən Səudiyyə Ərəbistanından olan iki hakim mübadilə proqramı əsasında Alyans – U-19 matçını idarə edəcək. Mərkəzi matçda isə FİFA referiləri fitini səsləndirəcək.
-
Hakimlər və hakim-inspektorlar üçün seminar keçirilir (fotolar)
AFFA-nın inzibati binasında FİFA tərəfindən futzal hakimləri və hakim inspektorları üçün seminar keçirilir.