XƏBƏRLƏR
-
İddialılar üçün itkisiz tur
Birinci Liqada XV turun oyunları keçirilib. Liderlər qrupunda yer alan komandalar növbəti qələbəsini qazanıb. “Şuşa” isə ən yaxın izləyicisi ilə xalları yarı bölüb. Ən çox qol vuran qış fasiləsində heyətini gücləndirən “Alyans Qrup” olub.
-
Yüksək Liqa, XII tur: Fotoreportaj-2
-
Yüksək Liqa, XIII tur: Oyun cədvəli
Yüksək Liqada XIII turun oyun cədvəli açıqlanıb.
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada XII turdan sonra sarı vərəqələrin göstəricisi açıqlanıb. EKOL-dan Faiq Əliyevin passivində 4 sarı vərəqə olduğuna görə, növbəti matçı buraxacaq. 13 oyunçu isə təhlükəli zonanın bir addımlığında qərarlaşıb.
-
Millinin üzvləri klublarını dəyişdi
Azərbaycan millisinin iki oyunçusu klubunu dəyişib.
-
Yüksək Liqa, XII tur: Fotoreportaj-1
-
"Araz-Naxçıvan" - EKOL: Qollar
-
“Araz-Naxçıvan” EKOL-a şans vermədi, “Neftçi” 1 pillə irəlilədi
Bu gün Yüksək Liqada qış fasiləsi başa çatdı. 2022-ci ilin ilk matçında autsayderlər qarşılaşdı. Qış fasiləsində heyətlərində dəyişikliklər olan komandaların daha çox aparıcı oyunçularını itirdiyini qeyd edə bilərik. İlk dəqiqələrdən üstünlüyə yiyələnən əyalət təmsilçisi 6-cı dəqiqədə “sükut”u pozdu. Veyişov fərqləndi. O, 1 dəqiqə sonra dubl etməklə fərqi də artırdı. Nominal qonaqlar da azsaylı hücumlardan faydalanamağa çalışırdı. Nəhayət kapitan 10-cu dəqiqədə komandasını ümidləndirdi. Amma Lənkəran təmsilçisi fasiləyə qədər daha 2 qol vurmaqla 3 xalı əldən verməyəcəyini göstərdi. Yekun belə də oldu. Əyalət klubu böyükhesablı qələbəyə sevindi
Turun mərkəzi oyununun startı gözlənilməz oldu. Meydan sahibləri zədəli İsa Atayevin xidmətindən istifadə edə bilmirdi. Qışda EKOL-dan ayrılan Fərid Ələkbərov isə bu dəfə liderin heyətində qərarlaşmışdı. EKOL qışda digər Fəridi də heyətındən kənarlaşdırmışdı. Dəyişikliyə baxmayaraq, ardıcıl qolları EKOL-çular vurdu. Əvvəlcə Məmmədkərimov, ardınca Əliyev adını tabloya yazdırdı. Ancaq təmkinini pozmayan lider hissənin ortalarında status-kvonu bərpa etməklə kifayətlənmədi, üstünlük də qazandı. Bağırov dubl etdi, sonra Maneka qol sevinci yaşadı. Növbəti qolun müəllifi Çovdarov oldu. Onun “aşırma” qolu fərqi 2 topa çatdırdı. 18-ci dəqiqədə Radik Əhmədov 10 metrlik zərbəni dəqiq yerinə yetirə bilmədi. Daha doğrusu, Rövşən komandasını qoldan xilas etdi. Hissənin sonlarına yaxın tərəflər hərəyə bir dəfə qol sevinci yaşadı.
İkinci hissədəyə bu dəfə meydan sahibləri qolla başladı. Maneka və Xətai komandasının üstünlüyünü artırdı. Yekunda növbəti qələbəsini qazanan “Araz-Naxçıvan” itkisiz liderliyini davam etdirir.
Baku Fire – Neftçi İK dueli də maraqlı alındı. Xüsusilə də ikincilərin heyətində yeniliklər kifayət qədər idi. Baş məşqçi postunda Elşad Quliyev gətirilibsə, köməkçi-məşqçi vəzifəsi futzalımızın əfsanələrindən hesab edilən Vitali Borisova tapşırılıb. Məşqçilərdən başqa yeni futzalçılar da dəvət olunmuşdu. Hesabı da nominal qonaqlar açdı. Kapitanın zərbəsi dəqiq oldu. “Neftçi” fasiləyə qədər daha 3 qol vurdu. İkinci hissədə də yeganə qolu “Neftçi”nin üzvü vurdu. Əjdərov bu dəfə öz qapısına yol tapmaqla avtoqol müəllifi oldu. Yekunda duelin qalibi olan nominal qonaqlar turnir cədvəlində də 1 pillə irəliləyərək “3-lüy”ə daxil oldu.
Tur turnir cədvəlində qonşu olan komandaların görüşü ilə yekunlaşdı. Matçda turun ən erkən qolu vuruldu. Fasiləyə qədər milli status-kvonu bərpa etdi. İkinci hissədə Nurlan komandasını hesabda önə keçirdi. Mikayıl və Farizin qolları ilə U-19 üstünlüyünü möhkəmləndirdi. Qələbə U-19-a turnir cədvəlində bir pillə irəliləmək imkanı yaratdı.