AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
AK: İlkin mərhələnin oyun təqvimi
Azərbaycan kubokunun İlkin mərhələsinin oyunları keçiriləcək. Bu mərhələdə Birinci Liqanın hazırkı turnir cədvəlinin son 4 pilləsində yer alan komandalar qarşılaşacaq. Qaliblər 1/8 final mərhələsinə yüksələcək. Bu və sonrakı mərhələlərin oyun təqvimi püşk vasitəsilə müəyyənləşəcək. Püşkatma ilə bağlı əlavə məlumat veriləcək.
Millinin toplanışı başlayır
Dekabrın 17-də, Bakı İdman Sarayında, saat 20:00-da AVRO-2026-nın əsas mərhələsi çərçivəsində İsveçlə qarşılaşacaq Azərbaycan millisi bugündən təlim-məşq toplanışına başlayır. Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Zədə səbəbindən “Araz-Naxçıvan” və millinin kapitanı Emin Kürdov toplanışda iştirak etməyəcək.
V tura yekun vurulub
Birinci Liqada V turun oyunları keçirilib. Lider və ən yaxın izləyiciləri qələbə qazanıb. Ardıcıl qələbələrlə 4-cü pilləyə yüksələn “Metropoliten” isə bu dəfə böyük hesabla yenilib. Bununla da Birinci Liqada fasilə yaranıb.
YL, VI tur: Araz-Naxçıvan - Baku Fire 2:2 (qollar)
Mərkəzi oyunda heç-heçə
Bu gün Yüksək Liqada II dövrəyə start verilib. VI turun açılış oyununda son çempion hazırkı liderlə üz-üzə gəlib. Gərgin keçən matçda hesabı “Araz-Naxçıvan” açıb. Amma lider sonrakı dəqiqələrdə nominal meydan sahiblərini 2 dəfə meydanın mərkəzinə dəvət edib. Teymur Eyvazovun yetirmələri bu üstünlüyünü sona qədər qoruya bilməyib. Belə ki, növbəti dəqiqələrdə qapıçını meydan oyunçusu ilə əvəzləyən Rayiç bunun bəhrəsini görüb və Giovanni status-kvonu bərpa edib. Liderin xal itkisindən “Neftçi” İK faydalanıb. İlkin Hacıyevin drujinası debütantdan üstün olub. Turun son görüşündə isə 3 xalı U-19 bayram edib. İlqar Aslanovun yetirmələri ilk dövrədə olduğu kimi, bu dəfə də “Yasamal Bakı”nı məğlub edib.
“Araz-Naxçıvan” revanş ala biləcəkmi?
Bu gün Yüksək Liqada VI turun oyunları keçiriləcək. Şübhəsiz turun maraqla gözlənilən matçı lider “Baku Fire”lə son çempion “Araz-Naxçıvan” dueli olacaq. Birinci dövrədə “qırmızı-ağlar”ı məğlub edən hazırkı lider xal itirmədən zirvədə qərarlaşıb. Əsas rəqiblərinə yenilən “Araz-Naxçıvan” üçün qızıl medal iddiasını davam etdirmək üçün bu qarşılaşmadan qalib ayrılmaq vacibdir. Saat 13:00-da start götürəcək dueli FİFA referiləri idarə edəcək. Əsas rəqiblərinin üz-üzə gələcəyini nəzərə alan “Neftçi” üçün xal ehtiyatını artırmaq şansı yaranıb. Bunun üçün “ağ-qaralar” debütanta şans verməməlidir. Turun son oyunu da turnir cədvəli baxımından maraqlıdır. Cari mövsümüdə ilk və hələlik yeganə qələbəsini “Yasamal Bakı” ilə oyunda qazanan U-19 həmin nəticəni təkrarlamaq arzusunda, “Yasamal Bakı” isə xal “orucu”nu açmaq niyyətindədir.
Azərbaycan – İsveç: Akkreditə üçün qeydiyyat
Futzal üzrə AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – İsveç oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri dekabrın 11-dək qeydiyyatdan keçməlidirlər.
Birinci Liqa, V tur: Təyinatlar
Birinci Liqada V turun oyunlarına təyinatlar açıqlanıb.
BİRİNCİ
‹
30
31
32
33
34
35
36
37
38
39
40
›
SONUNCU