XƏBƏRLƏR
-
İkinci Liqa, XIV tur: Təyinatlar
İkinci Liqada XIV turun oyunlarına təyinatlar açıqlanıb. Bütün qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək:
-
Yüksək Liqa: XII turun icmalı (video)
-
Birinci Liqa: XVI tur öncəsi sarı vərəqələr
Dekabrın 13-də və 14-də Birinci Liqasa keçiriləcək XVI tur ərəfəsində sarı vərəqələrin göstəricisi açıqlanıb. İki futzalçı limiti doldurduğuna görə, komandasına kömək edə bilməyəcək.
-
Apellyasiya Arbitraj Tribunalının qərarı
1. “Baku Fans” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
2. AFFA İntizam Komitəsinin 20 noyabr 2019-cu il tarixli qərarı ilə Futzal üzrə Birinci Liqada 5 noyabrda keçirilən “Baku Fans” – “Baku Fire-2” oyununda “Baku Fans”ın üzvü Eldost Paşayevin rəqibi ayaqla bilərəkdən vurduğuna, hakimi təhqir etdiyinə, hakimə fiziki təzyiq göstərdiyinə görə 10 oyun cəzalandırılması qərarı qüvvədə saxlanılsın.
-
Təxirə salınmış oyuna təyinatlar
Yüksək Liqanın IV turundan təxirə salınmış “Baku Fire” – “Marafon” oyununa təyinatlar açıqlanıb. Dekabrın 16-da Bakı İdman Sarayında keçiriləcək matçı idarə edəcək hakimləri diqqətinizə çatdırırıq: Rahin Heybətov, Kənan Məlikov, Fuad Həsənov
-
İntizam Komitəsinin qərarı
-
Birinci Liqa, XVI tur: Təyinatlar
Birinci Liqada XVI turun oyunlarına təyinatlar açıqlanıb. Bütün oyunlar Olimpik Starda keçiriləcək:
-
Bu dəfə EKOL güclü oldu
Bu gün Yüksək Liqada XII turun oyunları keçirilib. İlk matçda lider böyükhesablı qələbə qazanıb. Amma görüş iki futzalçının qırmızı vərəqə alması və “Araz”ı oyuna köməkçi-məşqçi Ağakərim Həsənovun çıxarması ilə də diqqət çəkib. Baş məşqçi Joze Alesio Da Silva səhhəti ilə əlaqədar oyunda iştirak etmirdi. CBC Sport-la canlı yayımlanan ikinci oyunda hesabı Quba futzalçıları açıb. Sərxan Ağayevin qoluna 3 dəqiqə sonra Renat Sultanov qarşılıq verib. Bir qədər sonra Reza Tolouei komandasını önə keçirən qolun müəllifi olub. Sonkarı dəqiqələrdə nominal qonaqlar status-kvonu bərpa etməklə kifayətlənməyib, hətta hesabı lehinə də dəyişib. Di gəl, sona yaxın kobud səhvlər “Baku Fire”in qalib gəlməsinə şərait yaradıb.
Üçüncü oyun da kifayət qədər maraqlı alınıb. “Bakı” TFK – “Xızı Futzal” duelində azarkeşlər fasiləyə qədər növbəli qolların vurulmasına şahidlik ediblər. İkinci hissədə xüsusilə də Vüsal Buludlunun fəallığı komandasına vacib qələbə qazandırdı.
“Rekord club” – “Marafon” matçına nominal qonaqlar qollarla başlasa da, iranlı futzalçılardan qurulmuş meydan sahibləri hesabı xeyirlərinə dəyişsələr də, bu üstünlüyü fasiləyə qədər saxlaya bilmədilər. Komandalar 4:4 hesablı heç-heçə ilə istirahətə yollandılar. İkinci hissədə ssenarinin təkrarlanmasına imkan verməyən “Marafon” daha çox qol vuraraq oyunun taleyini həll edib.
Tura əzəli rəqiblərin dueli ilə yekun vurulub. Oyunda hesabı EKOL açdı. Talebmohammad Arabpour komandasına hesabda üstünlük qazandırdı. 8-ci dəqiqədə Oktay Rüstəmlinin ötürmə səhvindən nominal qonaqlar yararlandı. Topu ələ keçirən Ələkbərov “çərçivə”ni dəqiq nişan aldı. “Neftçi” 11-ci dəqiqədə fərqi minimuma endirdi. Vahib təkbaşına iki oyunçudan sıyrılıb qapı istiqamətində zərbə endirdi. Dirəkdən geri qayıdan topu təkrar zərbə ilə tora qovuşduran Xocayev adını tabloya yazdırdı. 24-cü dəqiqədə Namiq Məmmədkərimov Kənan Manafovun əllə oyuna görə təyin edilmiş penaltini dəqiq yerinə yetirməklə fərqi yenidən 2 topa çatdırdı. Məmmədkərimov sonrakı dəqiqələrdə də rəqib torunu silkələdi. Sona 5 saniyə qalmış “Neftçi” məğlubiyyətdən qaçmağa yaxın olsa da, Orucun zərbəsi dirəyə tuş gəldi. Yekunda EKOL I dövrədəki məğlubiyyətin əvəzini çıxmış oldu.