XƏBƏRLƏR
-
Onlarla yeni müqavilə imzalandı
-
Baş məşqçi ilə yeni müqavilə
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
-
Ölkə çempionu braziliyalı ilə anlaşdı
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb. Ölkə çempionu braziliyalı Alisson Damasceno Masiel – Kadinyo ilə anlaşıb. Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
-
UÇL: “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyun təqvimi
UEFA Çempionlar Liqasında mübariəz aparacaq “Araz-Naxçıvan”ın yer aldığı H qrupunun təqvimi müəyyənləşib. Agnebergshallen idman zalında oyunlar avqustun 21-də başlayacaq və start fiti təmsilçimizin nominal meydan sahibi olduğu matçda səsləndiriləcək.
-
Zaur Axundov NFF-nin sədri seçilib
Naxçıvan Futbol Federasiyasının (NFF) inzibati binasında qurumun prezidenti vəsifəsinə seçki ilə bağlı iclas keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, Gənclər və idman idarələrinin rəisləri, federasiya nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.
Gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov iclasda çıxışı zamanı gündəlikdə duran əsas məsələ ilə bağlı fikirlərini bölüşüb, federasiyadakı prezident seçkisinin Naxçıvan futbolunda əsaslı dönüşün yaranmasına səbəb olacağına inamını ifadə edib, təmsil etdiyi qurumun öz səlahiyyətləri çərçivəsində idmanın inkişafına xidmət edən istənilən əməkdaşlığa, dəstəyə daim hazır olduğunu vurğulayıb.
Məcid Seyidov federasiya prezidenti vəzifəsinə Axundov Zaur Asif oğlunun namizədliyini irəli sürüb. Açıq səsvermənin nəticələrinə uyğun olaraq Zaur Axundov yekdilliklə NFF-nin prezidenti seçilib.
-
Statistika nə deyir?
UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan” ilkin mərhələdə “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Maraqlıdır ki, 2001-ci ildən bu turnirdə iştirak edən təmsilçilərimizdən heç biri Estoniya və Şimali İrlandiya klubları ilə qarşılaşmayıb. Əvəzində 2 dəfə İsveç çempionu ilə yollar kəsişib. Hər iki dueldə təmsilçimiz “Araz-Naxçıvan” olub. İlk görüş 2008-2009-cü il mövsümündə baş tutub. Böyükağa Hacıyevin rəhbərlik etdiyi komanda “Şkövde” ilə qarşılaşıb. Rəqibini meydana çıxmağa peşman edən təmsilçimiz böyükhesablı qələbəyə sevinib. Amma 2 il əvvəlki duel heç də yaxşı alınmayıb. “Örebro” ilə Bosniya və Herseqovinadakı matç skandinavların qələbəsi ilə yekunlaşıb.
-
Təmsilçimiz növbəti mərhələyə yüksələrsə...
UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə mübarizəyə ilkin mərhələdən başlayacaq “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda 5-ci qrupda yer alacaq.
-
“İşimiz çətin olacaq”
Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb. Bu yarışda ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” 2024-2025-ci il mövsümünə İsveçdə start verəcək. Belə ki, H qrupunda yer alan “qırmızı-ağlar” meydan sahibi “Uddevalla” yanaşı “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) klubları ilə də üz-üzə gələcək. Oyunlar avqustun 20-dən 25-dək keçiriləcək. Rəqiblərlə bağlı “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov azfutzal.az-a açıqlama verib: