XƏBƏRLƏR
-
YL. Araz - Yasamal İSK (fotoreportaj)
-
“Xəzər Cənub” EKOL-u da büdrətdi
Bu gün Yüksək Liqada XXIV turun oyunları keçirilib. İlk matçda lider autsayderlə üz-üzə gəlib. “Araz”ın böyükhesablı qələbə qazanacağı gözlənilən idi. Elə fasiləyə qədər vurulan qollar da proqnozu doğruldub. “Yasamal” İSK 4 dəqiqə dözüb. Sonra təcrübəli “Araz” qolları sıralayıb. Düzdü, “Yasamal” İSK hesabda göründüyü kimi mübarizəsiz təslim olmayıb. Debütant imkanları daxilində müqavimət göstərib. Hesabın gətirdiyi rahatlıq, eləcə də autsayderin irəli atılması fərqin 7 topa enməsinə yetib. Sonrakı dəqiqlərdə “Araz” topa nəzarət edən və hücumlar quran tərəf olsa da, rəqib torunu 33-cü dəqiqədə silkələyib.
Turun mərkəzi oyununda EKOL “Xəzər Cənub”la üz-üzə gəlib. Hər iki komanda demək olar, meydana optimal heyətlə çıxmışdı. EKOL-dan yalnız Ramiz Çovdarov cəzalı olduğuna görə matçı buraxırdı. Arxada qalan 3 oyunda isə EKOL 4:3, “Xəzər Cənub” isə 5:2 hesabı ilə qələbə qazanmışdı. İkinci dövrədəki duel isə 3:3 hesabı ilə yekunlaşmışdı. Oyuna EKOL fəal başladı və ilk ciddi hücumda rəqib torunu silkələdi. Fərid Atakişiyev fərqləndi. Sonrakı dəqiqələrdə nominal meydan sahibləri nisbətən üstün oynasa da, Lənkəran təmsilçisi status-kvonu bərpa edə bildi. Şahnazi Eminin də inamsız oynadığı epizodda bərabərliyə nail oldu. Az sonra Ə. Abasovun kobud oyununa görə hakim penalti təyin etdi ki, Surqalı dəqiq oynamaqla komandasını hesabda önə keçirdi. “Xəzər Cənub” üstünlüyü 2 topa çatdıra bilərdi. Ancaq 16-cı dəqiqədə təyin olunmuş 10 metrlik zərbəni Kürdov geri qaytardı. O, Rəşidin də təkrar zərbəsini zərərsizləşdirməyi bacardı. Həmin dəqiqədə nominal qonaqlar üstünlük qazandı və penaltini qola çevirdi. 17-ci dəqiqədə bu dəfə Radik Əhmədov 10 metrlik fürsətdən toru silkələyə bilmədi. Əhmədov az sonra analoji vəziyyəti də boşa verdi.
İkinci hissədə “Xəzər Cənub” üstünlüyünü 2 topa çatdırdı. Behzad baxımlı qol vurmaqla adını tabloya yazdırdı. Bundan sonra EKOL rəqibini təzyiq altında saxlasa da, 35-ci dəqiqədə fərqi minimuma endirdi. Təcrübəli Məmmədkərimov 39-cü dəqiqədə hesaba tarazlıq gətirdi. Ancaq son dəqiqədə 2 qol vuran debütant rəqibi üzərində mövsümdə ikinci qələbəsini qazandı.
Tura liderin ən yaxın izləyicisi “Neftçi” və aşağı pillədə qərarlaşmış “Liman”ın qarşılaşması ilə yekun vuruldu. Böyükhesablı qələbə “Neftçi”yə mövqeyini qorumaq imkanı yaratdı.
-
Birinci Liqa, XXIV tur: Oyun cədvəli və təyinatlar
Birinci Liqada XXIV turun oyun cədvəli və təyinatlar açıqlanıb. Matçlardan 4-ü aprelin 5-də, qalan 3-ü isə aprelin 6-da keçiriləcək.
-
XXIV turun oyunları keçiriləcək
Bu gün Yüksək Liqada XXIV turun oyunları keçiriləcək. Tura 12:30-da start veriləcək. Ötən oyunda məğlub olmuş komandaların duelində “Araz” aşkar favoritdir. Mərkəzi oyun – EKOL – Xəzər Cənub qarşılaşması isə CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Tura liderin ən yaxın izləyicisinin iştirakı ilə keçiriləcək matçla yekun vurulacaq. Qeyd edək ki, hər üç oyun Bakı İdman Sarayında oynanılacaq.
-
Millinin (futzal) heyəti açıqlanıb
Aprelin 8-də və 9-da Bakıda, ayın 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışı, toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb:
-
Liderdə itki
Sabah Yüksək Liqada XXIV turun oyunları keçiriləcək. Lider “Araz” sarı vərəqə limitini doldurduan İsa Atayevin xidmətindən istifadə edə bilməyəcək.
-
EKOL – “Xəzər Cənub” oyunu canlı yayımda
Yüksək Liqanın XXIV turunun mərkəzi oyunu CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Tamaşaçılar aprelin 2-də, saat 14:30-da, Bakı İdman Sarayında keçiriləcək EKOL – “Xəzər Cənub” duelini “mavi ekrandan” izləyə biləcəklər.
-
Birinci Liqa, XXIII tur (fotoreportaj)