XƏBƏRLƏR
-
Yüksək Liqa, XXV tur: Oyun cədvəli
Yüksək Liqada XXV turun oyun cədvəli açıqlanıb:
-
Qırmızı vərəqə ləğv edilib
25 mart 2019-cu il, futzal üzrə Yüksək Liqasının Araz – Yasamal MFK matçında “Yasamal” MFK komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
Bu hal 3-cü dəfə təkrarlandığına görə klub yarışlardan kənarlaşdırılır.
2 aprel 2019-cu il, futzal üzrə Yüksək Liqanın EKOL – “Xəzər Cənub” matçının 18-ci dəqiqəsində “Xəzər Cənub” klubunun 7 №-li futzalçısı Hadı Rezvan ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin oyunun protokoluna baxdıqda futzalçının oyun ərzində iki sarı vərəqə almadığı müəyyən olunmuşdur. Futzalçıya göstərilən sarı vərəqənin birinci olmasını və oyunun hakiminin İntizam Komitəsinə raport yazaraq yanlışlığa yol verdiyini etiraf etdiyinə görə futzalçıya göstərilən qırmızı vərəqə İntizam Komitəsi tərəfindən ləğv olunur.
-
EKOL - Xəzər Cənub oyunundan videoreportaj
-
YL. EKOL - Xəzər Cənub (fotoreportaj)
-
İkinci Liqa, XXIX tur: Oyun cədvəli
İkinci Liqada XXIX turun oyun cədvəli açıqlanıb. Turun oyunları aprelin 7-də Bakı İdman Sarayında keçiriləcək:
-
YL. Araz - Yasamal İSK (fotoreportaj)
-
“Xəzər Cənub” EKOL-u da büdrətdi
Bu gün Yüksək Liqada XXIV turun oyunları keçirilib. İlk matçda lider autsayderlə üz-üzə gəlib. “Araz”ın böyükhesablı qələbə qazanacağı gözlənilən idi. Elə fasiləyə qədər vurulan qollar da proqnozu doğruldub. “Yasamal” İSK 4 dəqiqə dözüb. Sonra təcrübəli “Araz” qolları sıralayıb. Düzdü, “Yasamal” İSK hesabda göründüyü kimi mübarizəsiz təslim olmayıb. Debütant imkanları daxilində müqavimət göstərib. Hesabın gətirdiyi rahatlıq, eləcə də autsayderin irəli atılması fərqin 7 topa enməsinə yetib. Sonrakı dəqiqlərdə “Araz” topa nəzarət edən və hücumlar quran tərəf olsa da, rəqib torunu 33-cü dəqiqədə silkələyib.
Turun mərkəzi oyununda EKOL “Xəzər Cənub”la üz-üzə gəlib. Hər iki komanda demək olar, meydana optimal heyətlə çıxmışdı. EKOL-dan yalnız Ramiz Çovdarov cəzalı olduğuna görə matçı buraxırdı. Arxada qalan 3 oyunda isə EKOL 4:3, “Xəzər Cənub” isə 5:2 hesabı ilə qələbə qazanmışdı. İkinci dövrədəki duel isə 3:3 hesabı ilə yekunlaşmışdı. Oyuna EKOL fəal başladı və ilk ciddi hücumda rəqib torunu silkələdi. Fərid Atakişiyev fərqləndi. Sonrakı dəqiqələrdə nominal meydan sahibləri nisbətən üstün oynasa da, Lənkəran təmsilçisi status-kvonu bərpa edə bildi. Şahnazi Eminin də inamsız oynadığı epizodda bərabərliyə nail oldu. Az sonra Ə. Abasovun kobud oyununa görə hakim penalti təyin etdi ki, Surqalı dəqiq oynamaqla komandasını hesabda önə keçirdi. “Xəzər Cənub” üstünlüyü 2 topa çatdıra bilərdi. Ancaq 16-cı dəqiqədə təyin olunmuş 10 metrlik zərbəni Kürdov geri qaytardı. O, Rəşidin də təkrar zərbəsini zərərsizləşdirməyi bacardı. Həmin dəqiqədə nominal qonaqlar üstünlük qazandı və penaltini qola çevirdi. 17-ci dəqiqədə bu dəfə Radik Əhmədov 10 metrlik fürsətdən toru silkələyə bilmədi. Əhmədov az sonra analoji vəziyyəti də boşa verdi.
İkinci hissədə “Xəzər Cənub” üstünlüyünü 2 topa çatdırdı. Behzad baxımlı qol vurmaqla adını tabloya yazdırdı. Bundan sonra EKOL rəqibini təzyiq altında saxlasa da, 35-ci dəqiqədə fərqi minimuma endirdi. Təcrübəli Məmmədkərimov 39-cü dəqiqədə hesaba tarazlıq gətirdi. Ancaq son dəqiqədə 2 qol vuran debütant rəqibi üzərində mövsümdə ikinci qələbəsini qazandı.
Tura liderin ən yaxın izləyicisi “Neftçi” və aşağı pillədə qərarlaşmış “Liman”ın qarşılaşması ilə yekun vuruldu. Böyükhesablı qələbə “Neftçi”yə mövqeyini qorumaq imkanı yaratdı.
-
Birinci Liqa, XXIV tur: Oyun cədvəli və təyinatlar
Birinci Liqada XXIV turun oyun cədvəli və təyinatlar açıqlanıb. Matçlardan 4-ü aprelin 5-də, qalan 3-ü isə aprelin 6-da keçiriləcək.