XƏBƏRLƏR
-
YL: Neftçi İK - EKOL (fotoreportaj)
-
“Neftçi” İK – “Liman” oyununu vaxtı açıqlandı
Yüksək Liqanın X turundan təxirə salınmış “Neftçi” İK – “Liman” oyununun başlama vaxtı müəyyənləşib. Qarşılaşma dekabrın 16-da, saat 13:30-da, Olimpik Starda keçiriləcək.
-
YL: Yasamal İSK - Xəzər Cənub (fotoreportaj)
-
EKOL “Araz”la fərqi minimuma endirdi
Bu gün Yüksək Liqada XIII turun oyunları keçirilib. Turun ilk oyununda böyükhesablı nəticə qeydə alınıb. “Xəzər Cənub” rəqib qapısından 29 top keçirib. Qolların yarıdan çoxunu bir futzalçı – Hadi Rezvan vurub. Aktivinə daha 15 qol yazdıran iranlı legioner hazırda 35 qolla bombardirlər yarışına başçılıq edir. Mərkəzi oyunda isə EKOL rəqibini “top atəşi”nə tutub. Maraqlıdır ki, qollardan ikisini qapıçı Emin Kürdov vurub. Turun “Liman” – “Yasamal” FK oyunu isə keçirilməyib. Daha doğrusu, “Liman” komandası oyuna gəlməyib. Məsələ ilə bağlı İntizam Komitəsi qərar qəbul edəcək.
-
Elçin Səmədli hakim karyerasını başa vurdu (fotolar)
Bu gün futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib. Turun “Neftçi” – EKOL oyunundan əvvəl AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, oyunun hakim-inspektoru Murad Məmmədov, EKOL komandasının rəhbərliyi FİFA referisi Elçin Səmədliyə hakim karyerasını başa vurması ilə əlaqədar təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.
-
“Dişimizə görə” rəqiblərdir”
Xəbər verdiyimiz kimi, dünən 2020-ci ildə keçiriləcək dünya çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb. Millimiz üçüncü qrupda Slovakiya, ilkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi ilə qarşılaşacaq. Milli komandada 2015-ci ildə Slovakiyaya qarşı keçirilmiş oyunda debüt edən Rövşən Hüseynli azfutzal.az saytına püşkü dəyərləndirib:
-
“Daha güclü rəqiblə də qarşılaşa bilərdik”
Xəbər verdiyimiz kimi, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib. Mübarizəyə əsas mərhələdən başlayacaq millimizin baş məşqçisi Joze Alesio da Silva püşkü dəyərləndirib:
-
Millimizin rəqibləri müəyyənləşib
Bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib. Mübarizəyə əsas mərhələdən başlayacaq millimiz 3-cü qrupda Slovakiya, ilkin mərhələnin H qrupunun qalibi və G qrupun ikincisi ilə qarşılaşacaq. İlkin mərhələnin H qrupunda Finlandiya, Moldova, Uels və Şimali İrlandiya, G qrupunda Niderland, Monteneqro, Bolqarıstan və Estoniya yer alıb. Yığmamızın yer aldığı qrupun oyunları 2019-cu il oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək.