AZƏRBAYCAN KUBOKU
-
Azərbaycan kuboku, ¼ final: Təyinatlar
Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
-
İlk oyun canlı yayımda
Xəbər verdiyimiz kimi, aprelin 30-da Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunları keçiriləcək. Mərhələnin ilk oyunu - Neftçi – Obolon qarşılaşması CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Matç Bakı İdman Sarayında saat 15:30-da keçiriləcək.
-
Azərbaycan kuboku, ¼ final: Oyun cədvəli
Azərbaycan kubokunun ¼ final mərhələsinin oyun cədvəli açıqlanıb. Qarşılaşmalar aprelin 30-da Bakı İdman Sarayında keçiriləcək.
-
Azərbaycan kuboku, 1/8 final (video)
-
Azərbaycan kuboku, 1/8 final (fotoreportaj-2)
-
1/8 final mərhələsinə yekun vurulub
Bu gün keçirilmiş 3 oyunla Azərbaycan kubokunun 1\8 final mərhələsinə yekun vurulub. Günün ilk oyununda İkinci Liqa komandası Yüksək Liqanın autsayderlərindən olan “Liman”ı üstələyib. Onsuz da ehtiyat oyunçusu olmayan “Liman”dan Paşa Tanırverdiyev 35-ci dəiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda buraxıb.
İkinci oyunda “Neftçi” favorit idi. Elə Yüksək Liqa təmsilçisi ardıcıl 4 qol vurmaqla bunu sübut edib. Ancaq İkinci Liqanın bombardiri Muxtar Həsənovun 14-cü dəqiqədə aşırma zərbə ilə toru silkələməsi hətta rəqibin də alqışına səbəb olub. “Neftçi” ikinci hissədə fərqi artırıb və mərhələ adlayıb. Mərhələnin son oyunu da kifayət qədər gərgin keçib. “Yasamal” MFK hesabı açsa da, “Advokat” 10 metrlik cərimə zərbəsi ilə status-kvonu bərpa edib. Düzdü, Ceyhun Şirinli 2 dəqiqə sonra yenidən belə imkan əldə edib, amma qapıda dayanan Cahandost topu qaytarmağı bacarıb. Ehtimalların əksinə olaraq, yekunda qələbəni “Advokat” qazanıb. Böyükhesablı qələbə “vəkillər”ə mübarizəni davam etdirmək hüququ verib.
-
Azərbaycan kuboku, 1/8 final mərhələsi (fotoreportaj-1)
-
Bu gün daha 3 oyun keçiriləcək
Azərbaycan kubokunun 1\8 final mərhələsi çərçivəsində bu gün daha 3 oyun keçiriləcək.