AZƏRBAYCAN KUBOKU
-
AK, 1/8: 4 oyun keçirilib
Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib. Bu gün 4 görüş baş tutub. Ən məhsuldar qələbəni PFL qazanıb. Ümumiyyətlə, PFL, Yasamal Bakı, Neftçi İK və Bakı ¼ finala vəsiqə qazanıb. Mərhələnin digər 4 oyunu sabah – fevralın 11-də Olimpik Starda keçiriləcək.
-
Bu gün AK, 1/8 final
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keciriləcək.
-
AK, 1/8 final: Oyun cədvəli
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. Əvvəlcədən də xəbər verdiyimiz kimi, oyunlar fevralın 10-da və 11-də Olimpik Starda keçiriləcək.
-
Azərbaycan kubokunun püşkü atılıb
Bu gün Bakı İdman Sarayında Azərbaycan kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. Yüklsək Liqanın 6, Birinci Liqanın 10 komandasının mübarizə aparacağı yarışda qalib komanda bir oyunda müəyyənləşəcək. Əgər əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcək. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq. Bu mərhələnin oyunları fevralın 10-da və 11-də, final oyunu isə mayın 7-də keçiriləcək.
-
Azərbaycan kubokunun püşkü atılacaq
Yanvarın 17-də Azərbaycan kubokunun 2023-2024-cü il mövsümünün püşkü (“kor püşk”) atılacaq. Püşkatma mərasimi Bakı İdman Sarayında, saat 12:00-da başlayacaq. Tədbirə KİV nümayəndələri dəvətlidir.
-
“Dəstə Ordubad” 1/8 finala yüksəlib
Bu gün Azərbaycan kubokunun ilkin mərhələsinin oyunları keçirilib. Daha doğrusu, iki oyundan biri baş tutub. “Dəstə Ordubad” “Ulduz”dan güclü olub və 1/8 finalda oynamaq hüququ qazanıb. “Şuşa” – “Metropoliten” matçı isə nominal meydan sahiblərinin təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Görüşün yekun nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.
-
AK, İlkin mərhələ: Təyinatlar
Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Matçlar dekabrın 14-də Olimpik Starda keçiriləcək.
-
AK, İlkin mərhələ: Oyun cədvəli
Azərbaycan kubokunun ilkin mərhələsinin oyun cədvəli açıqlanıb. Matçlar dekabrın 14-də Olimpik Starda keçiriləcək.