AZƏRBAYCAN KUBOKU
-
AK, Final: Mükafatlandırma (fotoreportaj)
-
PFL Azərbaycan kubokunun qalibi oldu
Azərbaycan kubokunda bu gün final oyunu keçirilib. Həlledici matçda ölkə çempionu “Araz-Naxçıvan”la Birinci Liqanın gümüş medalçısı PFL qarşılaşıb. Oyundan əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra start fiti verilib. Kubokun son qalibi “qırmızı-ağlar” görüşə ciddi itkilərlə çıxıb. Belə ki, legionerlər ölkələrinə yollandığından, final matçına ancaq yerli futzalçılarla çıxmışdı.
-
Bu gün ölkə kubokunun qalibi müəyyənləşir
Bu gün Azərbaycan kubokunun final oyunu keçirilir. Qalibi müəyyənləşdirəcək oyun saat 14:00-da Olimpik starda baş tutacaq. 2024-2025-ci illər futzal mövsümünün son oyunu federasiyanın youtube (azfutzaltv) kanalı üzərindən yayımlanacaq. Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.
-
Finala gedən yol
Sabah Azərbaycan kubokunun final oyunu keçiriləcək. Bununla da 2024-2025-ci illər futzal mövsümünə yekun vurulacaq. “Araz-Naxçıvan” 6 dəfə kuboku başı üzərinə qaldırıbsa, PFL bu sevinci ilk dəfə yaşaya bilər. Komandaların finala gedən yoluna nəzər saldıqda görürük ki, hər ikisi cari kubok yarışına 1/8 finaldan başlayıb:
-
Kubokun 29-cu sahibi hansı komanda olacaq?
İyunun 5-də, saat 14:00-da, Olimpik Starda futzal üzrə Azərbaycan kubokunda 2024/2025-ci il mövsümünə yekun vurulacaq. Qalib adı uğrunda Yüksək Liqada çempion olan “Araz-Naxçıvan” və Birinci Liqanın gümüş medalçısı PFL komandaları qarşılaşacaq.
-
AK, Final: Oyun cədvəli
Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb. 2024-2025-ci illər futzal mövsümünün son oyunu iyunun 5-də, saat 14:00-da, Olimpik Starda keçiriləcək.
-
AK, 1/2 final: PFL - U-19 4:0 (fotolar)
-
Azərbaycan kuboku: Sarı vərəqələr
Azərbaycan kubokunun yarımfinal oyunlarından sonra iki futzalçının passivində 2 sarı vərəqə var.