LİQALAR
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada XVI turdan sonra sarı vərəqələrin göstəricisi açıqlanıb. 19 futzalçının passivində 3 sarı vərəqə var.
-
Yüksək Liqa, XIII tur: Fotoreportaj-1
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada XIII turun oyunlarından sonra iki futzalçı cəzalı duruma düşüb. Felipinyo və Nurlan Məmmədovun passivində 4 sarı vərəqə olduğuna görə, onlar XIV turda meydana çıxa bilməyəcək.
-
Liderdən çətin qələbə
Birinci Liqada XVI turun oyunları keçirilib. Oyunlardan əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş, bəşəriyyətə qarşı ən böyük vandalizm aktı olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub, faciə qurbanlarının və şəhidlərin əziz xatirəsi yad edilib.
Mərkəzi oyunda lider qış fasiləsi zamanı heyətini gücləndirmiş “Alyans Qrup”la qarşılaşıb. Komandalar fasiləyə hesabda bərabər yollansa da, matçın taleyi ikinci hissədə həll olunub. “Forza Neftçi” növbəti qələbəsini bayram edib.
-
U-19 - Neftçi İK: Qollar (video)
-
Yüksək Liqa, XIV tur: Oyun cədvəli
Yüksək Liqada 14-cü turun oyun cədvəli açıqlanıb. Turun bütün görüşləri Olimpik Starda keçiriləcək.
-
“Araz-Naxçıvan”ın mövsümdə ilk xal itkisi
Bu gün Yüksək Liqada XIII turun oyunları keçirildi. İlk matçda EKOL debütant “Alyans”la üz-üzə gəldi. Fasiləyə qədər 3 cavabsız top vuran meydan sahibləri ikinci hissədə də üstünlüyünü davam etdirdi.
CBC Sport-la canlı yayımlanan günün ikinci oyununda U-19 və “Neftçi” üz-üzə gəlib. Yığmanın əsas üzvü Xəzər Ağalızadə bu matçda da komandasına kömək edə bilməyib. “Neftçi” isə görüşə tam heyətlə çıxıb. Hesabı qonaqlar açıb. Hasan Ali Jafari komandasına üstünlük qazandırıb. 6-cı dəqiqədə Nazim status-kvonu bərpa etməyə yaxın oldu. Amma top qapı dirəyinə tuş gəldi. Növbəti hücumda “Neftçi” Jafari ilə fərqi artırsa da, 8-ci dəqiqədə Nurlan rəqib torunu silkələdi. Ancaq təcrübəli heyətə malik nominal qonaqlar fasiləyə qədər daha 2 qol vurdu. İkinci hissədə U-19 sükutu pozdu. Məhəmmədin ötürməsini Fariz qapıdan keçirdi. Amma son dəqiqədə Omid Talebi yenidən fərqi 3 topa çatdırdı. Qələbə sayəsində Elşad Quliyevin komandası üçüncü pillədəki yerini möhkəmləndirdi.
“Xilə” – “Record club.az” oyununa komandalar məhdud heyətlə çıxmışdı. Əsasən əcnəbilərdən qurulan qonaqlar birinci dəqiqə tamam olmamış hesabı açdı. Sərxanın başladığı “qol yağışı”nı Matin, Amin davam etdirdi. İkinci hissədə də üstünlüyü davam etdirən “Record club.az” böyükhesablı qələbə qazandı. Bu matçda Matin Qahremani 8 qol vurdu.
Turun son oyunu maraqlı məcrada başladı. Lider cütün favoriti olsa da, oyuna “Baku Fire” qollarla başladı. Murad və Elvinin qolları intiriqanı artırdı. Son çempionun cavabı 12-ci dəqiqədə gəldi. Maneka fərqi minimuma endirən qola imza atdı. 15-ci dəqiqədə isə Felipinyo qarşısıalınmaz zərbə ilə bərabərliyi təmin etdi. Hissənin sonuna qədər tərəflər hərəyə daha bir qol vurdu. İkinci hissədə meydan sahibləri üstün oynasa da, qapılara qol vurulmadı və “Araz-Naxçıvan” mövsümdə ilk dəfə xal itkisi ilə barışdı.
-
Bu gün: Yüksək Liqa, XIII tur
Bu gün Yüksək Liqada XIII turun oyunları keçiriləcək: