LİQALAR
-
Bir oyunda iki yubiley
Yüksək Liqanın VIII turu maraqlı hadisə ilə yadda qalıb. Belə ki, 2004-cü ildən ölkə çempionatında iştirak edən “Araz-Naxçıvan” 2700-cü qolunu vurub. Sayca 302-ci qələbəsini qazanan çempionun “Record club.az”la matçın 31-ci dəqiqəsində Manekanın vurduğu qol klubun Yüksək Liqadakı 2700-cü qolu olub. Bu matçda həm də başqa yubiley qeydə alınıb. Xətai Bağırovun 22-ci dəqiqədə vurduğu qol Yüksək Liqada 17000-ci qol olub.
-
Birinci Liqa, VIII tur: Oyun cədvəli
Birinci Liqada VIII turun oyun cədvəli açıqlanıb. Görüşlər noyabrın 25-də və 26-da Bakı İdman Sarayında keçiriləcək.
-
Yüksək Liqa, IX tur: Oyun cədvəli
Yüksək Liqada IX turun oyun cədvəli açıqlanıb.
-
EKOL - Neftçi İK: Qollar (video)
-
Liderlərdən böyükhesablı qələbə
Birinci Liqada VII turun oyunları keçirilib. Nəticələri diqqətinizə çatdırırıq:
-
“Neftçi” EKOL-dan güclü oldu
Bu gün Yüksək Liqada VIII turun oyunları keçirilib. Tura debütantların dueli ilə start verilib. Hesabı U-19 açıb. Amma Məhəmmədin vurduğu qolun üstünlüyü 50 saniyə çəkib. Səxavət yenidən status-kvonu bərpa edib. Düzdür, növbəti dəqiqədə “Xilə” hesabda üstünlük qazanıb, amma fasiləyə qədər daha çox qol vuran U-19 olub. İkinci hissəyə isə “Xilə” yaxşı başlayıb. Ardıcıl 2 qol vuran meydan sahibləri hesaba yenidən tarazlıq gətirib. Sonra ssenari yenidən dəyişib. Bu dəfə Məhəmməd əvvəlcə cərimə zərbəsindən, sonra isə komanda yoldaşının ötürməsindən qollar vurub. Bununla da rəqibin müqavimətini qıran yığma sonrakı dəqiqələrdə üstünlüyünü artırıb. Qələbə U-19-a turnir cədvəlində bir pillə irəliləmək imkanı verib. Komandasının qollarının tən yarısını isə Məhəmməd Abbasov vurub.
CBC Sport kanalı vasitəsilə canlı yayımlanan əzəli rəqiblərin oyunu isə maraqlı keçdi. Matçın fərqli hissəsində üstünlük bir komandadan digərinə keçirdi. Hesabdakı “sülh”ü isə Rüfət Balakişiyev pozdu. “Neftçi”nin kapitanı “gəmi”sini irəli dartmağı bacardı. EKOL ikinci hissədə bərabərliyə nail oldu. Bu dəfə Tofiq Mikayılov Elnur Zamanovu məyus etdi. Cütün taleyini həll edən qol isə sona 2 dəqiqə qalmış vuruldu. Əjdər Əjdərov bunu etməklə komandasının qəhrəmanı oldu.
“Baku Fire” oyuna qolla başladı. Rasif rəqibini meydanın mərkəzinə dəvət etdi. 6 dəqiqə sonra Oktay fərqləndi və tablokadı rəqəmləri eyniləşdirdi. 10-cu dəqiqədə Rasif dubl etməklə komandasını önə keçirdi. Bu dəfə Anar situasiyanı bərabərləşdirdi. İkinci hissənin start fitindən 19 saniyə sonra Sultanovun zərbəsi qarşısı alınmaz oldu. Nominal qonaqlar növbəti dəfə hesabı bərabərləşdirsələr də, “Baku Fire”in qələbəsinə mane ola bilmədilər.
“Araz-Naxçıvan” isə turun ən böyükhesablı qələbəsini qazandı.
-
Bu gün: Yüksək Liqa, VIII tur
Bu gün Yüksək Liqada VIII turun oyunları keçiriləcək. Tura debütantların dueli ilə start veriləcək. Əzəli rəqiblərin oyunu isə CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
-
DÇ-2024-ün reqlamenti
2024-cü ildə keçiriləcək dünya çempionatının reqlamenti açıqlanıb. Seçmə mərhələnin oyunları 2022-ci ilin aprelində başlayacaq, iki il sonra aprel ayında başa çatacaq.
Mundialın final mərhələsində iştirak edəcək 24 komandadan 7-si Avropa qitəsinin təmsilçisi olacaq. Əgər 3 il sonra baş tutacaq həlledici mərhələyə evsahibliyi Avropa ölkələrindən birinə verilərsə, seçmə mərhələdən 6 komanda final mərhələsinə vəsiqə qazanacaq.