LİQALAR
-
“STAR kargo”dan 23 cavabsız qol
Birinci Liqada II turun oyunları keçirilib. Olimpik Starda STAR kargo rəqibini meydana çıxmağa peşman edib. Heyətini xeyli gücləndirən “karqo” debütantı 23 dəfə meydanın mərkəzinə dəvət edib. Ulduz isə mövsümdə ilk qələbəsinə sevinib.
-
Çempiondan ilk, “Baku Fire” və “Neftçi”dən növbəti qələbə
Yüksək Liqada II turun oyunları keçirilib. Əvvəlcə son çempion meydana çıxıb. Matç gözlənildiyi kimi, “qırmızı-ağlar”ın qələbəsi ilə yekunlaşıb. Bu, Predraq Rayiçin “Araz-Naxçıvan”ın baş məşqçisi kimi ilk qələbəsi olub. Digər görüşdə isə “Neftçi” gənclərdən güclü olub. 11 cavabsız qolla qalib gələn “ağ-qaralar” zirvədə yer alıb. Tura “Baku Fire”in qələbəsi ilə yekun vurulub. İddialı paytaxt təmsilçisi debütantdan üstün olub.
-
Bu gün Yüksək Liqa, II tur
Bu gün Yüksək Liqada II turun oyunları keçiriləcək. Matçlar Olimpik Starda baş tutacaq.
-
Birinci Liqa, II tur: Təyinatlar
Birinci Liqada II turun oyunlarına təyinatlar açıqlanıb.
-
YL, I tur: U-19 - Yasamal Bakı (fotoreportaj)
-
Yüksək Liqa, II tur: Oyun cədvəli
Yüksək Liqada II turun oyun cədvəli açıqlanıb. Oyunlar oktyabrın 26-da Olimpik Starda keçiriləcək.
-
YL, I tur: Şuşa - Neftçi İK (fotoreportaj)
-
“Neftçi” və U-19-dan qələbə
Bu gün Yüksək Liqada I turun oyunları keçirilib. İlk matçda son çempion “Araz-Naxçıvan” və ötən çempionatın gümüş medalçısı “Baku Fire” qarşılaşıb. Gərgin keçən matç “Baku Fire”in qələbəsi ilə başa çatıb. Bu, cari mövsümün ilk qələbəsidir. Turun ikinci oyununda debutant “Şuşa” “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı debutant açsa da, təcrübəli futzalçılardan qurulmuş “Neftçi” sensasiyaya imkan verməyib. Düzdür, fasiləyə tərəflər “sülh”lə yollanıb. Amma ikinci hissədə 4 qol vuran İlkin Hacıyevin drujinası böyükhesablı qələbəyə sevinib.
Turun son görüşü dramatik alındı. Əvvəlcə “Yasamal Bakı” ardıcıl qollarla fasiləyə üstün yollandı. İkinci hissədə isə gənclər üstünlük qazandı. Ardıcıl 4 qol vurmaqla hesabda önə keçən U-19 sonrakı dəqiqədə rəqibin qol vurmağına mane ola bilmədi. Bununla belə, milli qələbə qazanmağı bacardı.