LİQALAR
-
Liderlər üçün itkisiz tur
İkinci Liqada III turun oyunları keçirilib. Tur liderlə üçün itkisiz başa çatıb.
-
Oyunların başlanma saatında dəyişiklik
Yüksək Liqada V turun oyunlarının başlanma saatında dəyişiklik edilib.
-
İlk iki oyunun təyinatları
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın iştirakı ilə keçiriləcək ilk iki oyuna təyinatlar açıqlanıb. Görüşü idarə edəcək referilər arasında Türkiyədən olan hakim də var.
-
Birinci Liqa, IV tur: Oyun cədvəli
Birinci Liqada IV turun oyun cədvəli açıqlanıb. Qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək.
-
Yüksək Liqa, V tur: Oyun cədvəli
Yüksək Liqada V turun oyun cədvəli açıqlanıb:
-
Bir oyun təxirə salınıb
-
Qarabağ derbisini “Şuşa” qazandı
Bu gün keçirilmiş 3 oyunla Birinci Liqada III tura yekun vuruldu. Günə Qarabağ derbisi ilə start verildi. Daha geniş və təcrübəli futzalçılardan qurulmuş “Şuşa” oyunun gedişində hesabda geri düşsə də, yekunda qələbə qazanan tərəf oldu. “Metropoliten”lə oyunda isə “Ulduz”un ulduzu parıldamadı. Turun son oyunu da kifayət qədər gərgin keçdi. Zirvəyə iddialı iki komandanın duelində topa nəzarət edən tərəf “azarkeş qrupu” olsa da, ilk qolu “Alyans Qrup”dan Eldost Paşayev vurdu. Təzyiqi bir qədər də artıran “Forza Neftçi” Vüsal İsayevlə status-kvonu bərpa etdi. “Alyans Qrup” da rəqibini əks-hücumlarda yaxalamağa çalışırdı. Epizodların birində top dirəkdən geri döndü. İkinci hissədə İsayev növbəti qolunu vurdu. Cosqun Süleymanovun qolu isə cütün taleyini həll etdi.
-
“Alyans” (Lənkəran) ilk qələbəsini qazandı
Bu gün Yüksək Liqanın IV turunun oyunları keçirildi. Ilk matça nominal meydan sahibləri ciddi itkilərlə çıxmışdı. Belə ki, “Record club.az”ın iranlı legionerlərindən beşi bu dueldə istirak etmirdi. “Neftçi”də də itkilər var idi. Elnur Zamanov və Rüfət Balakişiyev komandasına kömək edə bilmirdi. Oyunda hesabı nominal qonaqlar açdı. 10-cu dəqiqədə Oruc cərimə zərbəsindən topu birbaşa qapıya istiqamətləndirməklə hesabdakı tarazlığı komandasının xeyrinə dəyişdi. Buna qədər ciddi itkilərə rəğmən meydan sahibləri pis təsir bağışlamırdı. Fasiləyə qədər “Neftçi” daha 3 qol vurduğu halda, “Record club.az” cəmi 1 dəfə rəqib qapısına yol tapdı. İkinci hissəyə meydan sahibləri qolla başladı. Jafari fərqi 2 topa endirdi. Adilin qoluna cavab yenə Jafaridən gəldi. Bu, həm də oyunda vurulan son qol oldu.
Turun ikinci oyununda hesab erkən açıldı. 25-ci saniyədə Lənkəran təmsilçisi millinin qapıçısını məyus etdi. 6-cı dəqiqədə Məhəmməd Abbasov çətin olanı etdi – topu auta vurdu. Ondan fərqli təcrübəli Oqtay Rüstəmli çətin vəziyyətdə olmasına rəğmən, fərqi 2 topa çatdırmağı bacardı. 10-cu dəqiqədə Xəzər Ağalızadənin penalti zərbəsini İsmayılov qaytarmaqla hesabın dəyişməsinə imkan vermədi. Ağalızadə 1 dəqiqə sonra “günah”ını yudu və İsmayılovu topu tordan çıxarmağa məcbur etdi. Ardıcıl hücumlar quran “milli”dən Nurlanın qolu isə status-kvonu bərpa etdi və komandalar fasiləyə bu hesabla yollandı. İkinci hissə qarşılıqlı qollarla başladı. Fuad Məmmədzadə ilk dəfə komandasını oyun ərzində hesabda önə keçirsə də, Tofiq dərhal bərabərlik qolunu vurdu. 36-cı dəqiqədə isə əyalət təmsilçisi İlham Allahverdiyevin zərbəsi sayəsində hesabda önə keçdi. Növbəti qol isə Tofiq Məlikovdan gəldi. Xəzərin dublu sayəsində 1 xal qazanmağa yaxın olan U-19 sona 10 saniyə qalmış Rüstəmlinin qələbə topunu vurmağına mane ola bilmədi. Nəticədə Yüksək Liqanın debütantı olan Lənkəran təmsilçisi mövsümdə ilk qələbəsini qazandı.
Turun mərkəzi oyununa komandalar tam heyətlə çıxmışdılar. Legionersiz keçirilən matçda hesabı Samir Həmzəyev açdı. “10 nömrə” cinahdan keçidini uzaq küncə “sancmaq”la yekunlaşdırdı. Ələkbərov isə fərqi iki topa çatdırdı. Fasiləyə qədər daha 2 qol vuran lider ikinci hissədə fərqi artırmağı bacardı. Ələkbərov bu oyunun bombardiri oldu.
Debütantla son çempionun qarşılaşması sürprizlə əlamətdar oldu. 7-ci dəqiqədə cərimə zərbəsini birbaşa qapıya yönləndirən Fərid Səmədzadə komandasını hesabda önə keçirdi. Yeri gəlmişkən, Rizvan Fərzəliyev və Ramiz Çovdarov zədəli olduğuna görə oyunda iştirak etmirdi. 12-ci dəqiqədə Alesionun yetirmələri meydanda azlıqda qaldı. Bu dəfə İsa Atayev perspektivli hücumun qarşısını kəsdiyinə görə ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk etdi. Azlıqda qalan “Xilə”nin fərqi artıracağı gözlənilirdisə, hadisələr əksinə cərəyan etdi. Üç meydan oyunçusu ilə meydan sahiblərindən əvvəlcə David bərabərlik qolunu vurdu, sonra Felipinyo hesabı komandasının xeyrinə dəyişdi. Brailiyalılar fasiləyə qədər daha 2 top vurmaqla istirahətə 3 top fərqi ilə yollandı. Onu da qeyd edək ki, İsaq Surğalı birinci hissədə zədələndi və oyunu davam etdirə bilmədi. Beləliklə “Araz-Naxçıvan” Çempionlar Liqasına major notlarla yollanır.