LİQALAR
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqanın 3 turu arxada qalıb. Sarı vərəqələrin göstəricisinə görə 5 futzalçının passivində 2 sarı vərəqə var. Bu oyunçulardan üçün “Araz-Naxçıvan”ın üzvüdür.
-
İkinci Liqa, III tur: Oyun cədvəli
İkinci Liqada III turun oyun cədvəli açıqlanıb. Oktyabrın 24-də Bakı İdman Sarayında keçiriləcək oyunların başlanma saatını diqqətinizə çatdırırıq:
-
“Rəvan” daha çox qol vurdu
Bu gün İkinci Liqada II turun oyunları keçirilib. Ən böyük hesablı qələbəni “Rəvan” qazanıb.
-
Birinci Liqa, III tur: Oyun cədvəli
Birinci Liqada III turun oyun cədvəli açıqlanıb. Bütün qarşılaşmalar oktyabrın 21-də və 22-də Bakı İdman Sarayında keçiriləcək.
-
Yüksək Liqa, IV tur: Oyun cədvəli
Yüksək Liqada IV turun oyun cədvəli açıqlanıb. Bütün oyunlar oktyabrın 22-də Bakı İdman Sarayında keçiriləcək.
-
“Standard” liderliyini qorudu
Bu gün keçirilmiş 3 oyunla Birinci Liqada II tura yekun vurulub. “Şuşa” ilk turda böyükhesablı qələbə qazanmış “Star Karqo”dan güclü olub. ADBTİA isə “Baku Fire-2”nin qapısından 8 top keçirib. Rəqib bu qollardan ikisinin əvəzini çıxmağa güc tapıb. Turun son matçında hesabı PASO açsa da, lider tezliklə bərabərlik qolunu vurmaqla yanaşı, sensasiyaya imkan verməyib. Qələbə “Standard”ı yenidən zirvədə saxlayıb.
-
Yüksək Liqa: Videoicmal (CBC Sport)
Bu gün Yüksək Liqada III turun oyunları keçirilib. CBC Sport kanalı vasitəsilə canlı yayımlanmış "Record club.az" - "Baku Fire" (4:0) oyununda vurulmuş qolları təqdim edirik:
-
“Neftçi” İK mövsümdə ilk qələbəsini qazandı
Yüksək Liqada III turun oyunları keçiridi. Əvvəlcə debütant “Xilə” təcrübəli futzalçılardan və oturuşmuş heyətdən qurulmuş EKOL-la qarşılaşdı. Fasiləyə qədər rəqibinə müqavimət göstərən, hətta bir neçə dəfə fərqlənmək imkanı debütant fasilə ərəfəsində “yaşıllar”ın bir top üstünlük qazanmasına mane ola bilmədi. İkinci hissədə fərqi isə EKOL-un qolkiperi Emin Kürdov artırdı. Təcrübəli qolkiper rəqib qapıçının irəli çıxmasından istifadə edərək boş qapını dəqiq nişan aldı. Bu qol sanki rəqibin müqavimətini qırmaq baxımından həlledici rol oynadı. Ardıcıl 2 səhv və fərq 4 topa yüksəldi. Sonrakı dəqiqələrdə də üstünlüyünü davam etdirən EKOL böyükhesablı qələbə qazandı.
CBC Sport-la canlı yayımlanan günün ikinci oyununda isə əsasən legionerlərdən qurulmuş “Record club.az”la təcrübəli yerli futzalçıların cəmləşdiyi “Baku Fire” üz-üzə gəldilər. İlk 5 dəqəqisi qarşılıqlı təhlükəli epizodlarla zəngin olan görüşdə hesab fasiləyə 24 saniyə qalmış açıldı. Aut xəttindən göndərilən topu Alireza Ebrahimvarmaleh tora qovuşdurdu. İkinci hissədə qonaqları əks-hücumda yaxalayan nominal meydan sahibləri Hasan Ali Jafari ilə fərqi 2 topa çatdırdı. Bundan sonra “Baku Fire” qapıçını meydan oyunçusu ilə əvəzlədi. Renat Sultanovla fərqi minimuma endirməyə yaxın olsa da, təcrübəli futzalçı imkanı düzgün dəyərləndirə bilmədi. Rəqib isə növbəti top itkisi zamanı boş qapını iki dəfə nişan aldı və fərqi 4 topa çatdırdı.
Bu dəfə arxada qalan hər iki oyunda məğlub olan “Neftçi” İK ilə “Alyans” qarşılaşdı. Lənkəran təmsilçisi iranlı legionerlərini də heyətə daxil etmişdi. Oyuna üstün başlayan əyalət klubu 1-ci dəqiqədə status-kvonu pozdu. Sabiq “Neftçi”li adını tabloya yazdırdı. 10-cu dəqiqədə Elçin Zeynalov hesabı bərabərləşdirmək şansını qaçırdı. Ancaq Kənan Manafov 11-ci dəqiqədə komandasını ürəkləndirən qolu vurdu.
İkinci hissədə sükutu Rüfət Balakişiyev pozdu. Rəqibi əks-hücumda yaxalayan “Neftçi”nin kapitanı qapıçını da keçib komandasına üstünlük qazandıran qola imza atdı. Təcrübəli futzalçı 1 dəqiqə sonra yenidən adını tabloya yazdırdı və fərqi 2 topa çatdırdı. Ümumiyyətlə, ikinci hissə qırmızı və sarı vərəqələrin məhsuldarlığı ilə də yadda qaldı. “Neftçi” isə mövsümdə ilk qələbəsini qazandı.
Turun son görüşündə U-19 və “Araz-Naxçıvan” qarşılaşdı. Rizvan Fərzəliyev, Ramiz Çovdarov zədəli, Amir Şojaei isə cəzalı olduğuna görə matçda iştirak etmirdi. Əvəzində yeni transfer David Qustavo debüt etmək imkanı qazandı. Cütün favoriti 8-ci saniyədə hesabı açdı. Xətai dublnu rəsmiləşdirənə qədər Murilo da adını tabloya yazdırdı. Daha sonra 2 epizodda U-19 rəqib torunu silkələyə bilərdi. Şaiq Vəlizadənin qarşısını Rövşən kəsdisə, Əli Mahmudov dəqiq olmadı. Fasiləyə qədər “Araz-Naxçıvan” üstünlüyünü 9 topa çatdırdı. İkinci hissədə yeni transfer David, eləcə də Nurlan komandasında qol hesabını açdılar. Sonrakı dəqiqlərdə Şahmar fərqi azaltsa da, son çempionu ram etmək mümkün olmadı.