LİQALAR
-
Bu gün: İkinci Liqa, XIV tur
Bu gün Bakı İdman Sarayında İkinci Liqada XIV turun oyunları keçiriləcək:
-
Birinci Liqa: "Forza Neftçi" - "AjaxBaku" (fotoreportaj)
-
“Baku Fans”dan “come back”
Bu gün keçirilən 5 oyunla XVI tura yekun vurulub. Günün ilk oyununda iki milli komanda üz-üzə gəldi. U-19-un fəal başladığı oyunda eşitməqüsurlu futzalçılardan ibarət millinin əsasında yaradılmış “Ulduz” ardıcıl 3 qol vurdu. Düzdü, sonrakı dəqiqələrdə U-19 hesaba tarazlıq gətirməyi bacardı. Ancaq 3 xalı “Ulduz” aktivinə yazdırdı. ADBTİA da turu qələbə ilə başa vurdu. Amma “idmançılar” “Qarabağ Füzuli”nin müqaviməti ilə üzləşdilər. “Standard” isə fərqi artırmaq üçün bir qədər səy göstərdi. “Rayyan” stardan sonra məğlub duruma düşsə də, sonda gülən tərəf oldu. Turun son matçı isə dramatik sonluqla yadda qaldı. Sona 3 dəqiqə qalmışa qədər hesabda üstün olan “Red Line” sona 41 saniyə qalmış məğlub duruma düşdü.
-
Birinci Liqa: XVI tur (fotoreportaj-1)
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada sarı vərəqələrin göstəricisi açıqlanıb. Bir futzalçı XIV turda komandasına kömək edə bilməyəcək:
-
Yüksək Liqa, XIII tur: Oyun cədvəli
Yüksək Liqada XIII turun oyun cədvəli açıqlanıb. Bakı İdman Sarayında keçiriləcək matçların təqvimini diqqətinizə çatdırırıq:
-
Mərkəzi oyunda “AjaxBaku” sevindi
Bu gün Birinci Liqada XVI turun 5 oyunu keçirilib. Zirvə Bakı – Çinar Cəbrayıl görüşü baş tutmayıb. Buna səbəb nominal meydan sahiblərinin təyin olunmuş vaxtda meydddana çıxmamasıdır. “Star kargo” isə böyükhesablı qələbə qazanıb. Turun növbəti oyunu maraqlı alınıb. Əvvəlcə “Baku Fire-2” ardıcıl qollarla hesabda önə keçib. Amma ruhdan düşməyən Yasamal təmsilçisi status-kvonu bərpa etməklə yanaşı, rəqibi məğlub duruma da salmağı bacardı. Yeri gəlmişkən, hər iki komanda oyunun gedişində əsas qapıçılarını itirdi. Bu azmış kimisona 2 dəqiqə qalmış , “Xızı Yasamal”ın kapitanı qırmızı vərəqə ilə cəzalandırıldı ki, bundan da rəqib maksimum istifadə etdi. İki qol vuran Teymur Eyvazovun yetirmələri qələbə qazandı. Turun mərkəzi oyununda “Forza Neftçi” və “AjaxBaku” komandaları üz-üzə gəldi. Turnir cədvəlinin zirvəsində qonşu olan komandaların duelinə maraq kifayət qədər idi. Olimpik Starda tribunaların tam dolması, xüsusilə də “Forza Neftçi” fan-klubunun fəallığı meydandakı gərgin mübarizəyə əlavə rəng qatmışdı. Birinci hissədə hesab açılmadı. Topa nəzarət daha çox “AjaxBaku”da olsa da, təhlükəli epizod yaratmaq baxımında “fan-klub” da geri qalmırdı. Sadəcə, fasiləyə qədər qolun vurulmaması matçın gözəlliyinə cüzi də olsa, xələl gətirə bilərdi. Di gəl sürətli və gərgin mübarizə azarkeşləri darıxmağa qoymurdu. Bir epizodda isə David Kərimi təkbaşına rəqib qapısına qədər irəliləyib zərbə endirdi, amma “çərçivə”yə düşə bilmədi. Onu da qeyd edək ki, “AjaxBaku”nun əsas üzvlərindən Vüsal İsayev görüşdə iştirak etmirdi. İkinci hissənin startından cəmi 34 saniyə sonra nominal qonaqlar sükutu pozdu. “Forza Neftçi”nin cavab zərbəsini qolkiper zərərsizləşdirdi. Bir epizodda isə Natiq Kərimi hədəfi dəqiq nişan ala bilmədi. Əvəzində Davud Kəriminin meydanın mərkəzində yol verdiyi səhvdən sonra topu ələ keçirən Eşqin Tağıyev fərqi 2 topa çatdırdı. Növbəti səhvlərdən isə Əsgər Hümbətov düzgün istifadə etdi və fərqi 4 topa çatdırdı. Yekunda 3 xalı aktivinə yazdıran tərəf “AjaxBaku” oldu.
Günün son matçı da gərgin keçdi. Fasiləyə qədər cəmi 1 qol vuruldu. Qədir Rüstəmov adını tabloya yazdırdı.İkinci hissədə də üstünlüyünü davam etdirəm “Zəngilan” qollarının sayını artırdı. Rasim Əsədovun fəallığını xüsusi qeyd etmək lazımdır.
-
Birinci Liqa, XVII tur: Oyun cədvəli açıqlanıb
Birinci Liqada XVII turun oyun cədvəli açıqlanıb. Bütün qarşılaşmlar Bakı İdman Sarayında keçiriləcək: