LİQALAR
-
Bu gün: Birinci Liqa, XVIII tur, 5 oyun
Bu gün Birinci Liqada XVIII turun 5 oyunu keçiriləcək:
-
İkinci Liqa, XV tur: Təyinatlar
İkinci Liqada XV turun oyunlarına təyinatlar açıqlanıb. Dekabrın 22-də Olimpik Starda keçiriləcək matçları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
-
“Premier”dən “come back”
Bu gün Yüksək Liqada XIII turun oyunları keçirilib. Turun ilk matçında lider böyükhesablı qələbə qazanıb. Oyunun 13-cü dəqiqəsində Rövşən Hüseynli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydanı erkən tərk etdi. Baş məşqçi Joze Alesio da Silvanın komandanın yanında olmaması “Araz”ın oyununa mənfi təsir göstərmişdi desək, yanılmarıq. Bunda rəqibin turnir cədvəlinin aşağı pillələrində yer almasının da təsiri vardı. Yeri gəlmişkən, “Araz” hesabda öndə olsa da, sarı vərəqələri də passivinə yazdırmaqdan çəkinmirdi. Xətai Bağırov isə bombardirlə fərqi bir qədər də azaltdı.
Günün ikinci oyunu gərgin mübarizə şəraitində keçdi. Hesab “Neftçi” açsa da, nominal qonaqlar ardıcıl iki qol vurmaqla vəziyyəti xeyrinə dəyişdi. Ancaq kapitan fasiləyə komandasının üstün yollanmasını təmin edə bildi. İkinci hissədə isə ilk qolu “Record club”dan Ashtiyani vurdu. Sina Jamali isə baxımlı qol vurmaqla komandasını yenidən hesabda önə keçirdi. Əvənəvi problem sona yaxın yenə özünü göstərdi. Tədricən yorulan “Record club” Kənan Manafovun dubl etməsinə mane ola bilmədi və yekunda məğlub oldu.
Premier (Quba) – Bakı TFK dueli də gərginliyi ilə yadda qaldı. Əvvəlcə “Bakı” hesabda 3 top fərqi ilə üstünlük yaratdı. Daha sonra “Premier” status-kvonu bərpa etdi, ardınca hesabı xeyrinə dəyişdi. Di gəl, sona yaxın hesab yenidən bərabərləşdi. Bu dəfə “tələbələr” məğlubiyyətdən qaçan tərəf oldu. Yekunda görüş heç-heçə başa çatdı.
“Marafon” – “Baku Fire” dueli 4 gün əvvəl də baş tutmuşdu. Həmin matçda qələbə qazanan “Marafon” seriyanı bu dueldə də davam etdirdi. EKOL isə tura böyükhesablı qələbə ilə yekun vurdu.
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada XVIII turöncəsi sarı vərəqələrin göstəricisi açıqlanıb. Üç futzalçı komandasına kömək edə bilməyəcək:
-
Birinci Liqa, XVIII tur: Təyinatlar
Birinci Liqada XVIII turun oyunlarına təyinatlar açıqlanıb:
-
Birinci Liqa: AjaxBaku - Standard (fotoreportaj)
-
Bu gün: Yüksək Liqa, XIII tur
Bu gün Yüksək Liqada XIII turun oyunları keçiriləcək. Turun ilk matçı saat 12:00-da start götürəcək. Bütün görüşlər Bakı İdman Sarayında keçiriləcək.
-
“Qarabağ Füzuli”dən əzmkar qələbə
Birinci Liqada bu gün XVII turun son 5 oyunu keçirilib. Günün ilk oyununda U-19 məğlub olub. “Rayyan” isə böyükhesablı qələbəyə sevinib. “Metropoliten” “Xızı Yasamal”dan üstün olub. “Zəngilan”ın qələbə qazanacağı isə gözlənilən idi. Turun oyun oyunu daha maraqlı keçib. Əvvəlcə “Baku Fans” ardıcıl 3 qol vurub. Bundan sonra qolları sıralamaq növbəsi rəqibə keçib. Nəticədə “Qarabağ Füzuli ” 4 dəqiqə ərzində 4 qol vuraraq hesabı xeyrinə dəyişib. Bu üstünlüyünü sona qədər qoruyan Füzuli təmsilçisi yekunda qələbə qazanıb.