LİQALAR
-
İntizam Komitəsinin qərarları
-
Birinci Liqa, V tur: Oyun cədvəli
Birinci Liqada V turun oyun cədvəli açıqlanıb. Bakı İdman Sarayında keçiriləcək tur 2 gün davam edəcək:
-
Yüksək Liqa, IV tur: Bakı TFK - Premier (Quba)
-
İkinci Liqada lider dəyişdi
Bu gün İkinci Liqada IV turun oyunları keçirilib. Əvvəlcədən də xəbər verdiyimiz kimi, NTD - “Advokat” oyunu ikincilərin beynəlxalq turnirdə iştirikı ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb. Belə ki, oktyabrın 3-dən 6-dək Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyasının 100 illik yubileyi ilə əlaqədar Bakıda beynəlxalq turnir keçiriləcək. Yarışda 9 ölkəni təmsil edəcək 16 komanda mübarizə aparacaq. "Advokat" da həmin turnirdə iştirak edəcəyinə görə, müraciəti müsbət cavablandırılıb. NTD-nin yoxluğunda lider dəyişib. “Hövsan”la “Baku Fire-3” eyni sayda xal toplasa da, birincilər topların nisbətinə görə zirvədə yer alıb. “Baker Tilly” turu 1 xalla qapayıb, “Zülfüqar” və “Gənclik” isə ilk qələbəsini qazanıb. Nəticələri diqqətinizə çatdırırıq:
-
Yüksək Liqa, IV tur: Record club - Neftçi İK (fotoreportaj)
-
Liderdən böyükhesablı qələbə, “Harmony Hotel” 3-cü pillədə
Bu gün keçirilən 5 oyunla Birinci Liqada IV tura yekun vuruldu. Günün ilk qələbəsini AZMİU qazandı. Hesabı “Zirvə Bakı” açsa da, “tələbələr ardıcıl qollar vurmaqla qalib gəldi. U-19 isə liderlə dueldə fərqlənə bilmədi. Əvəzində “Standard” 6 cavabsız qol vurdu. “Ulduz”un gücü isə təsəlli qoluna çatdı. “Metropoliten” – “Star karqo” görüşü gərginliyi ilə yadda qaldı. Hər iki komandanın heyətində qırmızı vərəqə alan oyunçuların olması, qolların sıralama ilə vurulması bunun göstəricisidir. Sona yaxın “Star karqo” üstünlüyünü hesabda təmin etməklə 3 xal qazandı. Turun son oyununda böyükhesablı qələbə qazanan “Harmony Hotel” turnir cədvəlində üçüncü pilləyə yüksəldi.
-
Yüksək Liqa, IV tur: Yasamal İSK - EKOL (fotoreportaj)
-
Debütantların duelini Quba futzalçıları qazandı
Bu gün Yüksək Liqada IV turun oyunları keçirildi. İlk oyunda iddialı EKOL son pillədə qərarlaşan “Yasamal” İSK ilə qarşılaşdı. “Yaşıllar” matçın taleyini birinci hissədə həll etdi və fasiləyə 4 top fərqi ilə yollandı. İkinci hissədə isə komandalar hərəyə 4 qol vurdu. Yekunda 3 xal qazanan EKOL xal ehtiyatını 9-a çatdırdı. “Neftçi” isə qələbələri sıralayır. Hacıbala Abdullazadənin yetirmələri bu dəfə debütant “Record club”u üstələdi. Düzdü, əsasını legionerlər təşkil edən debütant müqavimət göstəməyə çalışdı, amma məğlubiyyətdən qaçmaq mümkün olmadı. “Record club”un heyətində Sina Jamali poker edib. “Neftçi”dən isə qapıçı Cavad Məmmədov qurtarışları ilə rəğbət qazanıb. Debütantların duelində “Bakı” əksər hallarda hesabda önə keçən tərəf olsa da, Quba futzalçıları istədiyi nəticəni qazana bildi. Firudin Ağalarov dubl etməklə aktivindəki qolların sayını 10-a çatdırdı. Gələn həftə Çempionlar Liqasında iştirak edəcək “Araz” üçün “Xızı Futzal”la oyun ciddi məşq təsiri bağışladı.