LİQALAR
-
İkinci Liqa, XXXIII tur: Təyinatlar
İkinci Liqada XXXIII turun oyunlarına təyinatlar açıqlanıb. Bütün görüşlər aprelin 28-də Olimpik Starda keçiriləcək.
-
SAB ikinci dövrədə ilk qələbəsini qazandı
Xəbər verdiyimiz kimi, aprelin 24-də və 25-də İkinci Liqada XXXII turun oyunları keçirilib. Lider “Obolon” maksimum nəticə ilə finişə doğru irəliləyir. Gənclərdən qurulmuş SAB isə ikinci dövrədə ilk qələbəsini qazanıb.
-
İkinci Liqa, XXXIII tur: Oyun cədvəli
İkinci Liqada XXXIII turun oyun cədvəli açıqlanıb. Bütün görüşlər aprelin 28-də Olimpik Starda keçiriləcək.
-
Birinci Liqa, XXVII tur: Təyinatlar
Birinci Liqada XXVII turunda keçiriləcək oyunlara təyinatlar açıqlanıb. Bütün qarşılaşmalar Olimpik Starda keçiriləcək.
-
Yüksək Liqa, XXVI tur: Video (CBC Sport)
-
İkinci Liqa, XXXII tur: Təyinatlar
İkinci Liqada XXXII turun oyunlarına təyinatlar açıqlanıb:
-
Yüksək Liqa, XXVII tur: Oyun cədvəli və təyinatlar
Yüksək Liqada XXVII turun oyun cədvəli açıqlanıb.
-
“Araz” əzəli rəqibini böyük hesabla yendi
Bu gün Yüksək Liqada XXVI turun oyunları keçirilib. İlk oyunda əzəli rəqiblər üz-üzə gəlib. Lider “Araz” medallara iddialı “Neftçi” ilə gücünü sınayıb. Bu komandalar arasında cari mövsümdə keçirilmiş 3 matçın 2-də “Araz” 3:2, birində isə 2:1 hesabı ilə qələbə qazanıb.
Hər iki komanda oyuna itkilərlə çıxmışdı. “Araz”da Rizvan Fərzəliyev, “Neftçi”dən isə Vitali Borisov və Vahid Şəfayi zədəli olduqlarına görə meydana çıxmamışdılar.
Lider fasiləyə qədər oyunun taleyini həll edib. Xətai Bağırov və Hosseyin Seyidabolfazın dubl etdiyi matçda “Araz”ın digər qollarını İsa Atayev, Ali Mikaeli və Mohammadtaha Neyməti vurub. Oyunun gedişində “Neftçi”nin kapitanı Rüfət Balakişiyev birbaşa qırmızı vərəqə alaraq “gəmi”ni erkən tərk edib. Bu qələbə sayəsində “Araz” pley-off mərhələsinə lider kimi yollanmağı təmin edib. Turun son oyununda isə EKOL böyükhesablı qələbəyə sevinib. Bombardirlər yarışında yer alan Məmmədkərimov 21 qol vurub və Hadi Rezvanı qabaqlayıb. Qələbə sayəsində xallarının sayını 48-ə çatdıran EKOL ikinci pilləyə yüksəlib.