LİQALAR
-
İlk oyun baş tutmadı
Bu gün Yüksək Liqada XV tur çərçivəsində keçirilməli olan “Yasamal” MFK – “Araz” oyunu baş tutmayıb. Buna səbəb “Yasamal” MFK-nın təyin olunan vaxtda matçın keçiriləcəyi arenaya gəlməməsidi. Məsələyə İntizam Komitəsinin iclasında baxılacaq.
-
Yüksək Liqa, XV tur: Təyinatlar
Yüksək Liqada XV turun oyunlarına təyinatlar açıqlanıb:
-
“Araz”ın yeni transferinin debütü gecikəcək
Gələn həftə Yüksək Liqada fasilə başa çatacaq və III dövrəyə start veriləcək. Amma XV turu iki futzalçı buraxacaq. “Araz”ın “Yasamal” MFK-dan yeni transferi Sadiq Cavid qış fasiləsinə qədər 4 sarı vərəqə limitini doldurduğuna görə, debütünü bir tur sonraya saxlamalıdır. Elə “Yasamal” MFK-nın üzvü Salar Şahnazi də maraqlı oyunun iştirakçısı ola bilməyəcək. O da Sadiq kimi 4 sarı vərəqə limitini doldurub.
-
Yüksək Liqa, XV tur: Oyun cədvəli
Yüksək Liqada XV turun oyun cədvəli açıqlanıb. 2019-cü ilin ilk turu iki gün ərzində keçiriləcək. İki oyun yanvarın 25-də, turun mərkəzi qarşılaşması isə yanvarın 29-da oynanılacaq. Oyunlar yanvarın 25-də Bakı İdman Sarayında keçiriləcək.
-
“Neftçi” sabiq “Araz”lıları yoxlayır
-
“Araz” iranlı futzalçılarla güclənir
Qış fasiləsi zamanı Ramiz Çovdarov, Ruzigar İbrahimzadə və Elşən İbramxəlilovla yollarını ayıran “Araz” güclənmək istiqamətində fəaliyyətini davam etdirir. Klubdan verilən məlumata görə, son çempion 3 iranlı futzalçı ilə anlaşıb. “Yasamal” MFK Baku-dan Sadiq Cavid, “Xəzər Cənub”dan isə Ali Mikaili və Masud Nasirzade fasilədən sonra baş məşqçi Joze Alesio da Silvanın sərəncamında olacaq.
Qeyd edək ki, “Araz” ilk iki dövrədən sonra 27 xal toplayıb və lider EKOL-dan 2 xal geri qalır.
-
Millinin oyunçusu EKOL-a keçdi
İlk iki dövrədən sonra turnir cədvəlinə başçılıq edən EKOL mövqeyini qorumaq üçün heyətini gücləndirməyə çalışır. Paytaxt təmsilçisi Azərbaycan milli komandasının üzvü Ramiz Çovdarovla anlaşıb. Qış fasiləsinə qədər “Araz”ın heyətində çıxış edən futzalçı qarşıdakı yarım il ərzində EKOL-un uğurları üçün mübarizə aparacağını təsdiqləyib.
Qeyd edək ki, “Araz” dövrələrarası fasilədə Elşən İbramxəlilov və Ruzigar İbrahimzadə ilə yollarını ayırıb.
-
“İkincilər” də istirahətə yollandı
İkinci Liqada XIX turun oyunları keçirilib. Dekabrın 25-də və 26-da Olimpik Starda birinci dövrənin son turunun matçları ilk “3-lüy”ə təsirsiz ötüşməyib. Düzdü, lider və ən yaxın izləyicisi turu itkisiz başa vurub. Amma bu matça qədər üçüncü pillədə yer alan “Rəvan” “Təbriz”lə oyunda xal qazana bilmədiyinə və “Hicran” qələbə xanasını artırdığına görə, yerdəyişmə olub. Aktivində 45 xal olan “Hicran” qış fasiləsinə “3-lük”də yollanıb. Turda qeydə alınmış nəticələri diqqətinizə çatdırırıq: