LİQALAR
-
Təxirə salınmış oyuna təyinatlar
Yüksək Liqada XIV turdan təxirə salınmış “Şuşa” – U-19 oyununa təyinatlar açıqlanıb. Aprelin 10-da, saat 16:30-da, Olimpik Starda keçiriləcək matçı Hacıəli Ağayev, Kənan Məlikov və İmran Məhərrəmovdan ibarət hakimlər briqadası idarə edəcək. Hakim-inspektor Elçin Səmədli olacaq.
-
“STAR kargo” və “Baku Fire-2” hərəyə 11 qol vurdu
Birinci Liqada X turun oyunları keçirilib. Turun ilk qələbəsini “Delta” qazanıb. İlk 4 pillədə yer alan komandalar isə böyükhesablı qələbələrə sevinib. Pley-off zonasının bir addımlığında yer alan “Yeni Suraxanı” da aktivinə 3 xal yazdırmaqla intriqanı son tura saxlayıb.
-
Birinci Liqa, X tur: Təyinatlar
Birinci Liqada X turun oyunlarına təyinatlar açıqlanıb. Aprelin 6-da oyunlar Olimpik Starda keçiriləcək.
-
Təxirə salınmış oyunun tarixi
-
YL, XIV tur: Araz-Naxçıvan - Neftçi İK 5:4 (fotoreportaj)
-
“Araz-Naxçıvan”dan 1 top fərqli, liderdən böyükhesablı qələbə
Bu gün Yüksək Liqada XIV turun 2 oyunu keçirilib. Olimpik Starda əvvəlcə liderin ən yaxın izləyiciləri qarşılaşıb. Bu görüşə qədər hər iki komanda eynisayda xal qazanıb və “Baku Fire”dən 1 xal geri qalırdı. Arxada qalan dövrələrdə hərəyə bir qələbə qazanan tərəflərin duelinə “Araz-Naxçıvan” itki ilə çıxmışdı. Ülvi Əliyev zədəli olduğuna görə, oyunu tribunadan izləyirdi.
Matça son çempion yaxşı başladı. Erkən qolla üstünlük qazanan “qırmızı -ağlar” fasiləyə 3 top üstünlüklə yollandı. İkinci hissədə də “Araz-Naxçıvan” daha fəal idi. Bunun nəticəsi olaraq top fərqini də artırmış oldu. 5 topluq fərqə baxmayaraq ruhdan düşməyən nominal qonaqlar qapıçını meydan oyunçusu ilə əvəzlədi və bəhrəsini gördü. 31-ci dəqiqədə fərq minimuma endi. Minimalhesablı qələbə sayəsində “Araz-Naxçıvan” “Neftçi” İK-nı 3 xal qabaqlamağı bacardı.
Turun digər oyununda lider autsayderlə üz-üzə gəlib. Məşq xarakterli oyuna “Baku Fire” əsas hücumçusuz çıxmışdı. Belə ki, İaqo Henrique zədəli olduğuna görə komandasına kömək edə bilmirdi. Böyükhesablı qələbə sayəsində “Baku Fire” zirvədəki yerini qorumağı bacardı.
Turun digər oyununda lider autsayderlə üz-üzə gəlib. Məşq xarakterli oyuna “Baku Fire” əsas hücumçusuz çıxmışdı. Belə ki, İaqo Henrique zədəli olduğuna görə komandasına kömək edə bilmirdi. Böyükhesablı qələbə sayəsində “Baku Fire” zirvədəki yerini qorumağı bacardı.
-
Bu gün Yüksək Liqa, XIV tur
Bu gün Yüksək Liqada XIV tura start veriləcək. Olimpik Starda 2 oyun keçiriləcək. Əvvəlcə liderin ən yaxın izləyiciləri üz-üzə gələcəklər. Lider isə autsayderlə qarşılaşacaq. Şuşa - U-19 oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
-
Birinci Liqa, X tur: Oyun cədvəli
Birinci Liqada X turun oyun cədvəli açıqlanıb. Aprelin 6-da oyunlar Olimpik Starda keçiriləcək.