LİQALAR
-
“Yay transfer pəncərəsi” açıldı
-
“Araz-Naxçıvan”da yeni təyinat
17 qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb. Mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib. Baş məşqçi postuna Vitali Borisov təyin olunub. Ona serb mütəxəssislər - Predraq Rayiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.
Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.
-
Yüksək Liqa: Statistika
Mayın 15-də sayca 29-cü Azərbaycan çempionatı başa çatdı. "Araz-Naxçıvan" 17-ci dəfə hamıdan güclü olmaqla ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququ qazandı. Bəs indiyə qədər hansı komandalar mövsümü mükafatçılar sırasında başa vurub?
-
BL, Final: Şamaxı - MUM (fotoreportaj)
-
BL, Final: Şamaxı - MUM (qollar)
-
İL, Final: Rəvan - Xan-Lənkəran (fotoreportaj)
-
Mükafatlandırma mərasimi keçirilib (fotolar)
“Şamaxı” – MUM oyunu başa çatdıqdan sonra Birinci Liqanın 2022-2023-cü il mövsümünü ilk 3 pillədə başa vuran komandalar mükafatlandırılıb. Əvvəlcə final oyununun hakimləri – Ziya Nəsirov, Ceyhun Hüseynov və Kənan Məlikov - fəxri kürsüyə dəvət olunub. Ardınca hakim-inspektor Ramiz Əsədova diplom verilib.
-
“Şamaxı” Birinci Liqanın qalibi olub
Bu gün Birinci Liqada 2022-2023-cü il mövsümünün final oyunu keçirilib. Həlledici matçda “Şamaxı” pley-off mərhələsində “Baku Fire-2”ni mübarizədən kənarlaşdıran MUM-la qarşılaşıb. CBC Sport-la canlı yayımlanan matçın fasiləsinə “Şamaxı” üstün yollansa da, ikinci hissənin start fitindən cəmi 21 saniyə sonra tablodakı rəqəmlər eyniləşdi. Amma 26-cı dəqiqədə Seymurun dirəyin dibinə ötürməsini liqanın bombardiri tora qovuşdurmaqla vəziyyəti komandasının xeyrinə dəyişdi.
Beləlilə qələbə qazanan “Şamaxı” liqanın qalibi olub.