LİQALAR
-
Yüksək Liqa, V tur: Oyun cədvəli
Yüksək Liqada V turun oyun cədvəli açıqlanıb. Oyunlar oktyabrın 14-də Olimpik Starda keçiriləcək.
-
YL, IV tur: Neftçi İK - Baku Fire (fotoreportaj)
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada IV turdan sonra sarı vərəqələrin göstəricisi belədir:
-
Mərkəzi oyunda “sülh”
Yüksək Liqada IV turun oyunları keçirilib. İlk oyunda iki iddialı komanda üz-üzə gəlib. Maraqlı məqam odur ki, yay transfer dövründə hər iki komandanın bir neçə üzvü əks istiqamətlərdə keçid ediblər.
Görüş gözlənildiyi kimi, gərgin keçdi. Təsadüfi deyil ki, 3-cü dəqiqənin tamamında “Neftçi”nin passivində 4 cərimə xalı var idi. 11-ci dəqiqədə isə “Baku Fire” 10 metrlik cərimə zərbəsi vurmaqla bunun faydasını görməyə yaxın oldu. Ancaq Məhəmməd Abbasovun zərbəsini Reznov zərərsizləşdirməklə hesabın açılmasına imkan vermədi. Cəmi 20 saniyə sonra Eldar Zeynalov keçmiş komandasını meydanın mərkəzinə dəvət etməklə hesabı açdı. 15-ci dəqiqədə isə nominal Meydan sahibləri çox gedişli kombinasiyanı qolla tamamladı. 19-cu dəqiqədə İaqo 10 metrlik cərimə zərbəsini qeyri-dəqiq yerinə yetirməklə fərqlənmək imkanını əldən verdi. Birinci hissənin finalına 11 saniyə qalmış “Baku Fire” ikinci dəfə 10 metrlik zərbədən qol vura bilmədi. Reznov bu dəfə Murad üçün keçilməz sədd oldu.
İkinci hissədə hesab 33-cü dəqiqədə dəyişdi. Maiolli dubl etməklə komandasına üstünlük qazandırdı. Bundan sonra nominal qonaqlar qapıçını Meydan oyunçusu ilə əvəzlədi. Və sona 1 dəqiqə qalmış Kənan Manafovun qolu ilə hesaba tarazlıq gətirdi.
“Şuşa” sürprizə imkan verməyib
Oyunda hesabı “Lənkəran”ın açması sürpriz olub Əyalət təmsilçisi fasiləyə qədər 2 qol vursa da, üstünlüyünü qoruya bilməyib. Təcrübəli futzalçılardan qurulan “Şuşa” isə ikinci hissənin ortalarında hesabı xeyrinə dəyişib və fərq yaradıb.
Zirvədə ikihakimiyyətlilik
Turun son matçında gənclər yığması ilə son çempion üz-üzə gəlib. UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanaraq zirvədə ikihakimiyyətlilik yaradıb.
-
Bu gün Yüksək Liqa, IV tur
Bu gün Yüksək Liqada IV turun oyunları keçiriləcək. Tura mərkəzi oyunla start veriləcək.
-
Birinci Liqa, I tur: Təyinatlar
Birinci Liqada 2025-2026-cı illər mövsümünün ilk turunun oyunlarına təyinatlar açıqlanıb.
-
YL, III tur: Baku Fire - U-19 (fotoreportaj)
-
YL, III tur: Sarı vərəqələr
Yüksək Liqada III turdan sonra 3 futzalçının passivində 2 sarı vərəqə var.