LİQALAR
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada üç futzalçı sarı vərəqələ cəzalısıdır. Belə ki, Vüqar Hüseynov, Fərid Əliyev və Asif İsmayılovun passivində 4 sarı vərəqə olduğuna görə, onlar növbəti turun oyunlarını buraxacaqlar. 16 futzalçı isə 3 sarı vərəqə il təhlükəli zonanın bir addımlığındadır.
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada IX turdan sonra sarı vərəqələrin göstəricisi açıqlanıb. Dörd futzalçının passivində 3 sarı vərəqə var ki, onlardan ikisi “Metropoliten”in üzvləridir.
-
Liderdən məhsuldar qələbə
Bu gün İkinci Liqada IX turun oyunları keçirilib. Ötən həftə 3-cü pilləyə yüksələn “Bibi-Heybət” mövqeyini qoruya bilməyib. Turun ən məhsuldar qələbəsini isə “Advokat” qazanıb.
-
Yüksək Liqa, X tur: Fotoreportaj-1
-
Təxirə salınmış oyun keçiriləcək
Yüksək Liqanın IX turundan təxirə salınmış “Xilə” – “Baku Fire” oyununun keçirilmə tarixi müəyyənləşib. Komandalar dekabrın 14-də, saat 18:15-də Olimpik Starda üz-üzə gələcəklər.
Qeyd edək ki, bu görüş “Xilə”nin bir neçə üzvünün səhhətində yaranmış problemlə əlaqədar müraciəti əsasında təxirə salınmışdı.
-
Birinci Liqa, X tur: Oyun cədvəli
Birinci Liqada X turun oyun cədvəli açıqlanıb. Turun 3 oyunu Olimpik Starda, qalan 4 qarşılaşması isə Bakı İdman Sarayında keçiriləcək.
-
Yüksək Liqa, XI tur: Oyun cədvəli
Yüksək Liqada XI turun oyun cədvəli açıqlanıb.
-
“Dəstə Ordubad”dan sürpriz qələbə
Bu gün Birinci Liqada IX turun son 3 oyunu keçirilib. Günün maraqlı matçı “Dəstə Ordubad” – “Alyans Qrup” arasında baş tutub. Liderlər qrupunda yer alan nominal qonaqlar iki dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Əksinə, sona yaxın meydan sahibləri qələbə topunu vurub. Tur “Şuşa”nın qələbəsi ilə yekunlaşıb. Liderlər qrupunda yer alan debütant rəqibi 1 top fərqi ilə üstələyib.