LİQALAR
-
Yüksək Liqa, X tur: Təyinatlar
Yüksək Liqanın X turunun oyunlarına təyinatlar açıqlanıb:
-
Mövsümün ilk heç-heçəsi
Bu gün Yüksək Liqada IX turun oyunları keçirilib. İlk oyunda autsayder “Yasamal” İSK ilə iddialı “Marafon” qarşılaşıb. Komandalar meydana itki ilə çıxmışdılar. “Marafon”dan Vitali Borisovun adı protokola daxil edilsə də, o, səhhəti ilə əlaqədar meydana çıxmadı. Rəqib düşərgədə isə kapitan cəzalı olduğuna görə komandasına kömək edə bilmədi. Erkən qollar vuran “Marafon”un fasiləyə qədər daha çox fərqlənəcəyi gözlənilsə də, sona 6 saniyə qalmış “Yasamal” İSK fərqi minimuma endirdi.
İkinci hissəyə də “Marafon” qolla başladı. Növbəti dəfə hesab 35-ci dəqiqədə dəyişdi. Bu dəfə avtoqol qeydə alındı. Oyunda sonuncu qolu vuran da “Marafon” oldu.
Günün mərkəzi oyununda isə debütant “Premier” iddialı “Neftçi” ilə üz-üzə gəldi. Düzdü, oyuna “Neftçi” aqressiv başladı, amma hesabı açan tərəf Quba futzalçıları oldu. Bu matça qədər bütün görüşlərdə fərqlənən Firudin Ağalarov yenə rəqib torunu silkələməyi bacardı. Ağalarov hətta dubl etməyə də yaxın oldu. Amma təcrübəli Zamanov düzgün qərar verməklə onun istəyinin qarşısını aldı. “Neftçi” daha çox hücum edən tərəf olsa da, “Premier” əks-hücumlarda təhlükəli epizodlar yaradırdı. Ən azı 3 belə epizoddan yararlana bilmədi əylət klubu 14-cü dəqiqədə topu qapısından çıxardı. Tural İsmayılov effektli zərbə ilə status-kvonu bərpa etdi. “Neftçi”nin qapıçısı Elnur Zamanov isə zədələnərək meydanı erkən tərk etdi. Yarışın baş həkimi Esmiralda Ələkbərova tərəfindən ilkin yardım göstərilən qapıçının bir neçə oyunda meydana çıxmayacağı bildirildi. Fasilədən dərhal sonra “Neftçi” standard vəziyyəti uğurlu yerinə yetirdi. Ötürməni Emil Həsənzadə Qasımovun qapısından keçirdi. Nominal qonaqlar “vurmayana vurarlar” devizini rəhbər tutmaqda davam edirdi. Bu dəfə Oruc Baxşəlizadə adını tabloya yazdırdı. 30-cu dəqiqədə Quba futzalçıları fərqi minimuma endirdi. Sərxan Ağayev Firudinin qapıya paralel ötürməsini hədəfə yönəltdi. 33-cü dəqiqədə Sabir Əlişan 10 metrlik zərbə zamanı topu dirəyə tuşlamaqla hesabı bərabərləşdirmək şansını qaçırdı. İki dəfə isə Oqtay Rüstəmli qapıçını məğlub edə bilmədi. Oyunun başa çatmasına 39 saniyə qalmış “Premier” növbəti fürsəti əldən verdi. Bu dəfə Sərxan Ağayev 10 metrlik zərbəni tora qovuşdura bilmədi. Ağayev 10 saniyə qalmış isə dirəyin dibindən boş qapıya düşməyi bacarmadı. Nəticədə “Neftçi” 1 top fərqli qələbəyə sevindi.
Növbəti matçda isə hesabı “Baku Fire” açdı. Reza Tolouei komandasına üstünlük qazandırdı. Sonrakı dəqiqələrdə “tələbələr”in qol imkanları daha çox olsa da, istəklərinə ancaq ikinci hissənin əvvəlində çatdılar. Amma Renat Sultanovun uzaq “doqquzluğ”a sancdığı qol isə zöqvləri oxşadı. Təslim olmayan “Bakı” Məhəmmədlə hesaba tarazlıq gətirdi. 34-cü dəqiqədə “Bakı” meydanda azlıqda qalsa da, “Baku Fire” bu üstünlükdən faydalana bilmədi. Sonrakı dəqiqələrdə tərəflər hərəyə bir qol vurdu və xallar yarı bölündü. Yeri gəlmişkən, bu cari mövsümdə qeydə alınan ilk heç-heçə idi.
“Xızı Futzal” isə EKOL-la dueldə 10 dəqiqə tab gətirdi. Cəmi 2 dəqiqə ərzində 3 qol vuran EKOL gücünü göstərmiş oldu. Turun ən məhsuldar oyunu həm də hər iki komandanın qarşılıqlı qırmızı vərəqə alması ilə yadda qaldı.
Turun son oyunu da maraqlı statla seçildi. “Araz”ın favorit hesab olunduğu qarşılaşmada ilk qolu “Record club” vurdu. Amma son çempionun cavabı sərt oldu. Əvvəlcə Xətai, ardınca İsa rəqib qapısını “top”a tutdu. Bundan sonra üstünlüyünü əldən verməyən lider fərqi artırmağa da nail oldu. Rəqib isə məhdud heyətə rəğmən, mübarizəsini sona qədər davam etdirdi.
Onu da vurğulayaq ki, “Araz”dan Rizvan Fərzəliyev və Ramiz Çovdarov zədəli, “Record club”dan isə Sina Jamali cəzalı olduğuna görə komandasına kömək edə bilmirdi.
-
Bu gün Yüksək Liqa oyunlar keçiriləcək
Bu gün Yüksək Liqada IX turun oyunları keçiriləcək. Turun Neftçi İK – Premier (Quba) matçı CBC Sport televiziya kanalında canlı yayımlanacaq. Bütün qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək.
-
Birinci Liqada qol vurmağın sevincini yaşayanlar
Birinci Liqada qol vurmağı yaşayanların sayı 210 nəfərdir. Ən çox rəqib qapısına “AjaxBaku”dan Əsgər Hümbətov yol tapıb. İzləyiciləri də çox geridə deyillər.
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada həftəsonu keçiriləcək XII turdan əvvəl sarı vərəqələrin göstəricisi belədir:
-
Yüksək Liqada fərqlənənlər
Yüksək Liqanın arxada qalan 8 turu ərzində fərqlənən futzalçıların siyahısını təqdim edirik. Yalnız debütant “Premier”in üzvü Firudin Ağalarov bütün oyunlarda qol vurmağı bacarıb.
-
Yüksək Liqa, X tur: Oyun cədvəli
Yüksək Liqanın X turunun oyun cədvəli açıqlanıb.
-
Təxirə salınmış oyunlar keçiriləcək
İkinci Liqada I və IV turlardan təxirə salınmış AZZERS – “Bibi-Heybət” və NTD – “Advokat” oyunları keçiriləcək. Hər iki matç dekabrın 4-də Olimpik Starda oynanılacaq