LİQALAR
-
Yenilməzlərin sayı azaldı
Bu gün İkinci Liqada VIII turun oyunları keçirilib. İlk qarşılaşmada “Zülfüqar” qələbə qazanıb. Cari birincilikdə uğurlu çıxışı ilə diqqət çəkən “Dalğa” da meydanı qalib tərk edib. “Zirvə Baku-2” isə qələbəsini darmadağınla reallaşdırıb. “Borçalı” və “Bədr FK Xocalı” xalları yarı bölüb. Son çempion gərgin keçən oyunda “Atletiko Baku”ya mövsümdə ilk məğlubiyyətini yaşadıb. Bir müddət turnir cədvəlinə başçılıq edən “Hövsan” isə “Baker Tilly” ilə bacarmayıb. Qonşu pillələrdə yer alan komandaların duelini isə “vəkillər” qazanıb.
-
U-19-dan dramatik məğlubiyyət, “Red Line”dən “come back”
Bu gün keçirilmiş oyunlarla Birinci Liqada IX tura yekun vuruldu. Günün ilk oyununda lider “Forza Neftçi” böyükhesablı qələbə qazandı. U-19-un oyunu isə dramatik alındı. Yeniyetmələr oyunun gedişində 4 top fərqi ilə öndə olsalar da, “Metropoliten”in ikinci hissədə ardıcıl qollar vurmasına və nəticəni lehinə dəyişməsinə mane ola bilmədi. Liderlər qrupunda yer alan “Standard” 3 xalı qazanmaq üçün çox əziyyət çəkmədi. Ancaq debütant “Red Line” iki dəfə hesabda geri düşdüyü oyunda 3 xal qazanmağı bacardı. “AjaxBaku” da turu itkisiz başa vurdu.
-
İkinci Liqa: Sarı vərəqələr
Noyabrın 3-də İkinci Liqada VIII turun oyunları keçiriləcək. Passivində iki və daha çox sarı vərəqə olan futzalçıların siyahısını diqqətinizə çatdırırıq:
-
Birinci Liqa, X tur: Oyun cədvəli
Birinci Liqada X turun oyun cədvəli açıqlanıb. Bütün oyunlar Olimpik Starda keçiriləcək:
-
“Qarabağ derbisi”ni “Zəngilan” qazandı
Bu gün Birinci Liqada IX tura start verilib. Turun açılış oyunu kifayət qədər gərgin keçib. Hər iki komanda müxtəlif vaxtlarda hesabda önə keçsə də, yekunda “sülh” qeydə alınıb. ADBTİA və “Rayyan” MFK isə böyükhesablı qələbə qazanıb. “Star karqo” və “Baku Fans” oyunu da maraqlı mübarizə ilə yadda qalıb. Matçın gedişində nominal qonaqlar hesabda geri düşsə də, yekunda gülən tərəf olub. “Qarabağ derbisi”ni isə “Zəngilan” qazandı
-
Yüksək Liqa, VI tur: Oyun cədvəli
Yüksək Liqada VI turun oyun cədvəli açıqlanıb. Oyunlar noyabrın 7-də Olimpik Starda keçiriləcək:
-
Birinci Liqa: Sarı vərəqələr
Bu gün Birinci Liqada IX turun oyunları keçiriləcək Turdan əvvəl sarı vərəqələrin göstəricisi belədir:
-
Qələbəyə aparan 19 saniyə....
Bu gün Yüksək Liqada V turun oyunları keçirildi. Olimpik Starda əvvəlcə “Yasamal derbisi” baş tutdu. Oyuna yaxşı başlayan “Yasamal” İSK ardıcıl 2 qol vursa da, fasiləyə qədər üstünlüyünü qoruya bilmədi. Əksinə, “Xızı Futzal” hesabı lehinə çevirdi, bu azmış kimi rəqibin bir oyunçusu da qırmızı vərəqə ilə cəzalandırılıb. İkinci hissədə hesabı bərabərləşdirən nominal qonaqlar hətta hesabda önə keçdi. Ancaq son 19 saniyədə 2 qol vuran Cavid Taleb komandasına qələbə qazandırdı. Turun növbəti oyununda isə maksimum xalla liderin şəriki olan “Neftçi” və “Baku Fire” üz-üzə gəldi. Son çempion isə debütantla qarşılaşdı. Təcrübəli “Araz” Quba təmsilçisi ilə duelin taleyini birinci hissədə həll etdi. İkinci hissə daha çox sarı vərəqələrin sıralanması ilə əlamətdar oldu. EKOL-la “Record club”un duelini də Yüksək Liqanın təcrübəli komandası qazandı. Fasiləyə qədər 2 top vuran “yaşıllar” ikinci hissədə də bir o qədər fərqləndi. Rəqib isə daha çox qol vurdu. Amma bu məğlubiyyətdən qaçmağa yetmədi. Yeri gəlmişkən, noyabrın 1-də subaylığın daşını atacaq EKOL-un üzvü Fərid Atakişiyev də komandasını meydanda yalqız buraxmamışdı. Komanda yoldaşları da bu qələbəni ona hədiyyət etdilər. Turun son görüşündə “Marafon” “Bakı” TFK-nı sınağa çəkdi. Ardıcıl qollar vuran nominal meydan sahibləri rəqibin şanslarını boşa verməsi sayəsində fasiləyə 2 top fərqi ilə üstün yollandı. İkinci hissədə daha gərgin keçib. Hətta “Bakı” TFK fərqi minimuma endirməyə imkan tapdı. Amma gücü tükənən “tələbələr” sonrakı dəqiqələrdə fərqin artmasına mane ola bilmədi.