LİQALAR
-
İkinci Liqa, I tur: Fotoreportaj-1
-
Yüksək Liqa: Qollar
Yüksək Liqada 3 tur arxada qalıb. Keçirilən oyunlarda 3 bombardir var və hər birinin aktivində 6 qol.
-
İkinci Liqada mövsümə start verildi
Bu gün İkinci Liqada 2022-23-cü il mövsümünə start verildi. Mövsümün açılışı ilə əlaqədar olaraq “Olimpik Star”da əvvəlcə dövlət himni səsləndirildi. Ardınca iki debütant komanda üz-üzə gəldi. İlk qələbəni “Çinar Zəngilan” qazandı, mövsümdə ilk qolu isə Fuad Mürşüdov vurdu. İlk sarı vərəqə də “Çinar Zəngilan”ın üzvü Fabian Zittlauya göstərildi. Son çempion da turu qələbə ilə başa vurdu. Ötən mövsümün iki mükafatçısının qarşılaşmasında isə cəmi 3 qol vuruldu, 3 xalı “Rəvan” aktivinə yazdırdı. “Xan Lənkəran” isə İkinci Liqada debüt edən “Metropoliten”dən güclü oldu. Turun son qələbəsini “Zəngilan” qazandı.
-
Yüksək Liqa, IV tur: Oyun cədvəli
Yüksək Liqada IV turun oyun cədvəli açıqlanıb. Olimpik Starda keçiriləcək turun bir görüşü təxirə salınıb. Belə ki, UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” turnirə hazırlıq çərçivəsində Qazaxıstanın “Kayrat” klubu ilə yoldaşlıq oyunu keçirəcək. Bu üzdən ölkə çempionunun IV turda “Neftçi” İK ilə keçirəcəyi oyun qeyri-müəyyən vaxta təxirə salınıb. IV turun oyun cədvəlini diqqətinizə çatdırırıq:
-
Bu gün, İkinci Liqa, I tur
Bu gün İkinci Liqada 2022-23-cü il mövsümünə start veriləcək. I turun oyunları oktyabrın 16-da “Olimpik Star”da keçiriləcək.
-
YL, III tur: U-19 - Neftçi İK (fotoreportaj)
-
Ən çox “Neftçi” İK fərqləndi
Bu gün Yüksək Liqada III turun oyunları keçirilib. Turun ilk matçı həm də mərkəzi görüş idi. Lider “Araz-Naxçıvan” ən yaxın izləyicisini sınağa çəkirdi. Ölkə çempionu yeni qapçı Mikael Henrique Deonun adını protokola daxil etsə də, meydana Cavad Məmmədov çıxmışdı. Bu matç Alesionun yetirmələri üçün həm də UEFA Çempionlar Liqası öncəsi vacib sınaqlardan hesab edilirdi. Elə baş məşqçi də Mostarda keçiriləcək oyunlarda güvənəcəyi futzalçılara daha çox şans verirdi. Həmin matçlarda komandaya kömək etməyəcək Felipinyo əksər hallarda matçı kənardan izlədi. Gözlənildiyi kimi, nominal meydan sahibləri qarşılaşmaya üstün başladı. Qonaqlar cəmi 3 dəqiqə tab gətirdi. Əvvəlcə Katatau, ardınca isə Vitao rəqib qapısına yol tapdı. 5-ci dəqiqədə Heydari rəqib təhlükəli epizod yaratmaqla yadda qaldı. Tədricən gərginlik artsa da, növbəti 6 dəqiqə ərzində azarkeşlər qol görmədi. Sükutu görüşün ən fəallarından olan David pozdu. Növbəti qolun memarı isə Vitao oldu. Sol cinahda Nihadı keçən forvardın ötürməsini Andreu tora qovuşdurdu. Ardınca qonaqlardan Heydari qapı dirəyini nişan aldı. Bombardirlər yarışında yer alan Vitinyo da fasiləyə qədər adını tabloya yazdırmağı bacardı. Vitaonun növbəti dəfə assistentliyi sayəsində Andreu dubl etdi. Bu həm də birinci hissənin yekun nəticəsi oldu.
İkinci hissədə ilk qolun memari Cavad oldu. Qolkiperin rəqib qapısı qarşısında nəzarətsiz dayanmış Andreuya hava ötürməsini braziliyalı başla qapıdan keçirdi. David də dubl etdi. Rəqib isə qapıçının irəli çıxmasından istifadə edib Muradla təsəlli qolunu vurdu. Sonrakı dəqiqələrdə “Araz-Naxçıvan”da yeni qolkiper meydana çıxdı. Onun oyuna qoşulması ilə meydan sahibləri daha çox “beş oyunçu” taktikasına üstünlük verdi ki, epizodların birində Deonun səhv ötürməsi Faiq Əliyev üçün qol vurmaq imkanı yaratdı. Sonuncu da fürsəti əldən vermədi. Beləliklə oyun “Araz-Naxçıvan”ın 10:2 hesablı qələbəsi ilə başa çatdı.
İkinci oyun pley-offa vəsiqə qazanacaq iştirakçıların müəyyənləşməsi baxımından əhəmiyyət daşıyırdı. Düzdür, əsas mərhələnin cəmi 3 turu keçirilib. Amma indidən “səbətə” atılan hər xal və ya xalla yekunda həlledici rol oynayacaq. Hər iki komandanın heyətində dəyişikliklər var idi. Adil İsmayılov isə cəzalı olduğuna görə, bu dəfə “gəmi”ni Turala tapşırmışdı. Oyunda hesabı əyalət klubu açdı. 3-cü dəqiqədə Farroxi toru silkələdi. 10-cu dəqiqədə Matin 10 metrlik cərimə zərbəsindən fərqlənə bilmədi. Qapıçı inamlı oyunu ilə buna imkan vermədi. 5 cərimə limitini doldurduğuna görə, “Alyans”ın qapısına 12-ci dəqiqədə növbəti 10 metrlik cərimə təyin olundu. Bu dəfə qolkiper Mahyarın sevinməsinə mane oldu. Hissənin son 5 dəqiqəsində nominal qonaqlar ardıcıl 2 qol vurmaqla fasiləyə üstün yollandılar.
Fasilədən sonra bu dəfə qapıya ilk yol tapan “Record club” oldu. Mahyar bununla həm dəc dublnu rəsmiləşdirdi. 37-ci dəqiqədə “Record club” azlıqda qaldı. Bu dəfə Mahyar ikinci sarı-qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu.
Turun son matçı “Neftçi”nin qələbəsi ilə yadda qaldı. İddialılar sırasında yer alan bu komanda U-19-la gücünü sınadı. Emin Kürdov və İlkin Hacıyev komandasına kömək edə bilmirdi. Hasan Ali Jafari isə müəyyən fasilədən sonra köhnə-yeni komandasında meydana çıxdı, qol vurdu. Erkən qolla başlayan “Neftçi” aktivindəki xalların sayını artırmaqla xal ehtiyatını 7-yə çatdırdı və turnir cədvəlində ikinci pilləyə yüksəldi. Görüş həm də U-19-un cari mövsümdə qol hesabını açması ilə əlamətdar oldu. Qolu isə Fərid Abbasov vurdu.
-
YL, III tur: Alyans (Lənkəran) - Record club (fotoreportaj)