UEFA ÇEMPİONLAR LİQASI
-
Statistika nə deyir?
UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan” ilkin mərhələdə “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Maraqlıdır ki, 2001-ci ildən bu turnirdə iştirak edən təmsilçilərimizdən heç biri Estoniya və Şimali İrlandiya klubları ilə qarşılaşmayıb. Əvəzində 2 dəfə İsveç çempionu ilə yollar kəsişib. Hər iki dueldə təmsilçimiz “Araz-Naxçıvan” olub. İlk görüş 2008-2009-cü il mövsümündə baş tutub. Böyükağa Hacıyevin rəhbərlik etdiyi komanda “Şkövde” ilə qarşılaşıb. Rəqibini meydana çıxmağa peşman edən təmsilçimiz böyükhesablı qələbəyə sevinib. Amma 2 il əvvəlki duel heç də yaxşı alınmayıb. “Örebro” ilə Bosniya və Herseqovinadakı matç skandinavların qələbəsi ilə yekunlaşıb.
-
Təmsilçimiz növbəti mərhələyə yüksələrsə...
UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə mübarizəyə ilkin mərhələdən başlayacaq “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda 5-ci qrupda yer alacaq.
-
“İşimiz çətin olacaq”
Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb. Bu yarışda ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” 2024-2025-ci il mövsümünə İsveçdə start verəcək. Belə ki, H qrupunda yer alan “qırmızı-ağlar” meydan sahibi “Uddevalla” yanaşı “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) klubları ilə də üz-üzə gələcək. Oyunlar avqustun 20-dən 25-dək keçiriləcək. Rəqiblərlə bağlı “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov azfutzal.az-a açıqlama verib:
-
“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında Çempionlar Liqasının yeni – 2024-2025-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. Yarışda ölkəmizi təmsil edəcək son çempion “Araz-Naxçıvan” əvvəlcədən də xəbər verdiyimiz kimi, mübarizəyə ilkin mərhələdən başlayacaq və oyunlar avqustun 20-dən 25-dək reallaşdırılacaq. Təmsilçimiz Uddevalla (İsveç), Sillamae Silla (Estoniya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. H qrupunun oyunları İsveçdə keçiriləcək.
-
Səbətlər açıqlanıb
Xəbər verdiyimiz kimi, iyulun 4-də UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümünün püşkü atılacaq. Mərasim Bakı vaxtı ilə saat 16:00-da (Mərkəzi Avropa vaxtı ilə 14:00-da) UEFA-nın Nyon şəhərindəki iqamətgahında start götürəcək. Artıq iştirakçı klubların reytinq cədvəli və hansı mərhələdən yarışa qoşulacağı açıqlanıb. Çempionatda 52 federasiyanı təmsil edən 56 klub yarışacaq. Bu turnirdə ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” reytinq cədvəlinin 25-ci pilləsində yer aldğına görə, yeni mövsümə də ilkin mərhələdən başlayacaq.
-
30-cu çempionat, 18-ci çempionluq
Mayın 2-də keçirilən 20-ci turun oyunları həm də Yüksək Liqada 2023/24-cü il mövsümünün başa çatması ilə yadda qaldı. Yubiley – 30-cu çempionatın qalibi növbəti dəfə “Araz-Naxçıvan” oldu. Bu “qırmızı-ağlar”ın tarixində 18-ci çempionluğu idi.
1993-cü ildən mütəmadi təşkil olunan Azərbaycan çempionatı yalnız bir dəfə - 2020-21-ci il mövsümü üzrə keçirilməyib. Buna səbəb koronavirus infeksiyası ilə əlaqədar pandemiya elan olunması və ölkə üzrə qapalı məkanların bağlanmasıdır. Həmin il İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycanı UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” təmsil edib.
İndiyə qədər çempionatı “ilk 3-lük”də başa vurmuş komandaların göstəricisini diqqətinizə çatdırırıq:
-
ÇL: Yeni mövsüm üçün format və oyun cədvəli
UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümünün formatı və oyun günü cədvəli açıqlanıb. “Dördlər final”ına gedən yol ilkin, əsas və elit raunddan keçəcək. Yenə milli komandaların reytinq cədvəlində “ilk 4-lükdə” qərarlaşan ölkələrin (Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiya) hər biri 2, digər federasiyalar 1 klubla (Rusiya ümumiyyətlə yarışda təmsil olunmayacaq) təmsil olunacaq.
-
Vitali Borisov ÇL-də 4-cüdür
UEFA Çempionlar Liqasında ən çox qol vuran futzalçıların siyahısı dərc olunub. Sevindirici məqam siyahıda həmyerlimizin olmasıdır.