AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
UEFA ÇEMPİONLAR LİQASI
"Araz-Naxçıvan"ın qrupda son oyunu
UEFA Çempionlar Liqasının ilkin mərhələsində "Araz-Naxçıvan" bu gün son oyununu keçirəcək. Təmsilçimiz meydan sahibi "Riqa" ilə qarşılaşacaq. İlk 2 oyunu cəzalı olduğuna görə buraxan Felipinyo bu dəfə komandamıza kömək edə biləcək. Oyunu 3 ölkədən olan referilər idarə edəcək.
“Bu gün daha yaxşı oynadıq”
UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti oyununu keçirən “Araz-Naxçıvan” Almaniya çempionu “Jahn Regensburq”la qarşılaşıb. 5:0 hesabı ilə qələbə qazanan təmsilçimizin baş məşqçisi Vitali Borisov görüşlə bağlı azfutzal.az-a açıqlama verib:
İkinci oyunda da böyükhesablı qələbə
“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında bu gün növbəti oyununu keçirib. Təmsilçimiz Almaniya çempionu “Jahn Regensburq”la qarşılaşıb. İlk matçla müqayisədə baş məşqçi Vitali Borisov start heyətində dəyişiklik etmişdi. Qapıçı Pavloviçə tapşıran Borisov Erikin əvəzinə Aleksiçə şans vermişdi. Oyuna fəal başlayan futzalçılarımız fasiləyə qədər rəqibi 3 dəfə meydanın mərkəzinə dəvət etdi. Bu dəfə də hesabı Katatau açdı. Ardınca Erik və Xəzər rəqib torunu silkələdi. İkinci hissədə İsa və Xətai komandamızın üstünlüyünü 5 topa çatdırdı. Beləliklə ilk matçda 9:1, ikinci görüşdə 5:0 hesabı ilə qələbə qazanan təmsilçimiz qrupda son oyununu avqustun 26-da meydan sahibi “Riqa”ya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
“Hər fürsəti dəyərləndirməliyik”
“İstənilən turnirdə qrupun ilk oyunu çətin keçir. Bu gün böyükhesablı qələbə qazansaq da, bunu hiss etdik”. Bu sözləri “Araz-Naxçıvan” klubunun hücumçusu İsa Atayev deyib.
"Araz-Naxçıvan" Almaniya çempionuna qarşı
UEFA Çempionlar Liqasında iştirak edən "Araz-Naxçıvan" bu gün ikinci oyununu keçirəcək. Təmsilçimiz saat 15:00-da Almaniya çempionu "Yahn Regensburq"la üz-üzə gələcək.
“İlk oyunlar hər zaman çətin keçir”
Bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirən “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb. Türkiyə çempionu “İstanbul Şişli”ni 9:1 hesabı ilə yenən təmsilçimizin baş məşqçisi Vitali Borisov azfutzal.az-a açıqlama verib:
“Araz-Naxçıvan” qələbə ilə başladı
Bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” ilk oyununu keçirib. Türkiyə çempionu “İstanbul Şişli” ilə qarşılaşan təmsilçimiz hesabı 4-cü dəqiqədə açıb. Katataunun zərbəsi qarşısıalınmaz olub. Ardınca Xətai Bağırov topu “9-luq”a sancıb. Heyətə yeni cəlb olunan serb futzalçı Lazar Milosavljeviç də adını tabloya yazdırmağı bacarıb. Komandalar fasiləyə bu hesabla yollanıb. İkinci hissəyə də təmsilçimiz aqressiv başlayıb. Amadeu ardıcıl qollar vurmaqla fərqi 5 topa çatdırıb. İsa Atayevin aşırma zərbəsi isə zalda əyləşənlərin üzünü güldürdü. Bir sözlə, ikinci hissədə məhsuldarlığı artıram “Araz-Naxçıvan” böyükhesablı qələbə qazandı.
“Araz-Naxçıvan”ın oyun üçün heyəti
Bu gün saat 15:00-da UEFA Çempionlar Liqasının ilkin mərhələsində “İstanbul Şişli” ilə qarşılaşacaq “Araz-Naxçıvan”ın oyun üçün heyəti açıqlanıb.
‹
1
2
3
4
5
6
7
8
9
›
SONUNCU