AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
UEFA ÇEMPİONLAR LİQASI
“Araz-Naxçıvan”ın braziliyalı transferi
Heyətini gücləndirən “Araz-Naxçıvan” bu dəfə braziliyalı Giovanni Valerio ilə anlaşıb. Cinah oyunçusu qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futzalçının son klubu Portuqaliya “Torreense”si olub. O, müxtəlif illərdə “Korintians”, “Jaraqua”, “Marreko” və “Santo Andre” komandalarının da formasını geyinib.
Millinin üzvü “Araz-Naxçıvan”da
UEFA Çempionlar Liqasının hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır.
Ölkə çempionu braziliyalı ilə anlaşdı
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb. Ölkə çempionu braziliyalı Alisson Damasceno Masiel – Kadinyo ilə anlaşıb. Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
UÇL: “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyun təqvimi
UEFA Çempionlar Liqasında mübariəz aparacaq “Araz-Naxçıvan”ın yer aldığı H qrupunun təqvimi müəyyənləşib. Agnebergshallen idman zalında oyunlar avqustun 21-də başlayacaq və start fiti təmsilçimizin nominal meydan sahibi olduğu matçda səsləndiriləcək.
Statistika nə deyir?
UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan” ilkin mərhələdə “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Maraqlıdır ki, 2001-ci ildən bu turnirdə iştirak edən təmsilçilərimizdən heç biri Estoniya və Şimali İrlandiya klubları ilə qarşılaşmayıb. Əvəzində 2 dəfə İsveç çempionu ilə yollar kəsişib. Hər iki dueldə təmsilçimiz “Araz-Naxçıvan” olub. İlk görüş 2008-2009-cü il mövsümündə baş tutub. Böyükağa Hacıyevin rəhbərlik etdiyi komanda “Şkövde” ilə qarşılaşıb. Rəqibini meydana çıxmağa peşman edən təmsilçimiz böyükhesablı qələbəyə sevinib. Amma 2 il əvvəlki duel heç də yaxşı alınmayıb. “Örebro” ilə Bosniya və Herseqovinadakı matç skandinavların qələbəsi ilə yekunlaşıb.
Təmsilçimiz növbəti mərhələyə yüksələrsə...
UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə mübarizəyə ilkin mərhələdən başlayacaq “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda 5-ci qrupda yer alacaq.
“İşimiz çətin olacaq”
Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb. Bu yarışda ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” 2024-2025-ci il mövsümünə İsveçdə start verəcək. Belə ki, H qrupunda yer alan “qırmızı-ağlar” meydan sahibi “Uddevalla” yanaşı “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) klubları ilə də üz-üzə gələcək. Oyunlar avqustun 20-dən 25-dək keçiriləcək. Rəqiblərlə bağlı “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov azfutzal.az-a açıqlama verib:
“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında Çempionlar Liqasının yeni – 2024-2025-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. Yarışda ölkəmizi təmsil edəcək son çempion “Araz-Naxçıvan” əvvəlcədən də xəbər verdiyimiz kimi, mübarizəyə ilkin mərhələdən başlayacaq və oyunlar avqustun 20-dən 25-dək reallaşdırılacaq. Təmsilçimiz Uddevalla (İsveç), Sillamae Silla (Estoniya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. H qrupunun oyunları İsveçdə keçiriləcək.
BİRİNCİ
‹
2
3
4
5
6
7
8
9
10
11
12
›
SONUNCU