AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
AVROPA ÇEMPİONATI
Azərbaycan – Moldova oyununun hakimləri
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 4-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Moldova qarşılaşmasını idarə edəcək hakimlər açıqlanıb. Oyunu İtaliyadan (Birinci hakim) və San Marinodan (İkinci hakim) olan hakimlər idarə edəcək.
Yunanıstan - Azərbaycan: Vurulan qollar (video)
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Yunanıstan - Azərbaycan oyununda vurulmuş qolların videogörüntülərini təqdim edirik.
Millimiz vahid lider oldu
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimizin yer aldığı 3-cu qrupda daha bir oyun keçirilib. Slovakiya yığması doğma meydanda Moldova millisi ilə üz-üzə gəlib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb. Bu nəticə millimizi vahid lider edib.
İkinci qələbə
Bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 3-cu qrupda 2-ci turun oyunları keçirilib. Millimiz Afinada Yunanıstan yığması ilə qarşılaşıb. Oyuna sürətlə başlayan futzalçılarımız 2 dəqiqə ərzində rəqibi iki dəfə meydanın mərkəzinə dəvət edib. Əvvəlcə Vassoura, ardınca isə Edu rəqib torunu silkələyib. İkinci hissədə də qol vuran millimiz oldu. Bu dəfə Çovdarov adını tabloya yazdırdı. Bununla da ardıcıl ikinci qələbəsini qazanan millimiz növbəti matçını martın 4-də Bakıda Moldova yığmasına qarşı keçirəcək.
Yunanıstan – Azərbaycan: Heyətlər
Bu gün keçiriləcək Yunanıstan – Azərbaycan oyunu üçün hər iki komandanın heyəti açıqlanıb:
Azərbaycan - Slovakiya (fotoreportaj)
Azərbaycan – Slovakiya: Məşqçi fikirləri
Bu gün Bakı İdman Sarayında keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra hər iki komandanın baş məşqçisi azfutzal.az saytına açıqlama verib:
Millimiz qələbə ilə başladı
Bu gün Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçərən Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan oyuna komandamız itkilərlə çıxıb. Fineo De Araujo zədəli, Eduardo Borges isə cəzalı olduğuna görə milliyə kömək edə bilməyib. Yeri gəlmişkən, Eduardo Borges məhz ötən il Slovakiya ilə keçirilmiş oyunda ikinci sarı-qırmızı vərəqə alaraq cəzalı duruma düşmüşdü. Oyunda hesabı futzalçılarımız açdı. Bolinha rəqib qapısına yol tapmaqla komandamıza üstünlük qazandırdı. 6-cı dəqiqədə Xətai Bağırov qapıçı ilə duel zamanı qeyri-dəqiq oynadı. Bir dəqiqə sonra İsanın, ardınca Çovdarovun zərbəsi təhlükəli alındı. Bağırov növbəti həmlə zamanı qapıçını da geridə buraxdı, amma “çərçivə”yə düşə bilmədi. 8-ci dəqiqədə isə bəxtimiz gətirdi. Marian Hudek dirəyi nişan aldı. 13-cü dəqiqədə Rövşən Drahovskinin qol vurmaq istəyini gözündə qoydu. Amma kapitan istəyinə 15-ci dəqiqədə çatdı. Vassoura və Hüseynlinin anlaşmazlığından istifadə edən hücumçu tablodakı rəqəmləri eyniləşdirdi. İkinci hissənin əvvəlində Rövşən Drahovski ilə dueldən qalib ayrıldı. Rafaelin zərbəsi isə təhlükəli, amma qeyri-dəqiq alındı. 30-cu dəqiqədə Drahovski-Brunovski tandemi fərqi dəyişməyə çox yaxın oldu. 34-cu dəqiqədə rəqib meydanda azlıqda qaldı. Amma futzalçılarımız meydandakı bu üstünlüyü hesaba daşıya bilmədilər. Əvəzində Qalo 38-ci dəqiqənin yekununda uzaq məsafədən rəqib torunu silkələdi. Rəqib qapıçını da meydan oyunçusu ilə əvəzlədi ki, bu dəfə Bağırov birinci hissədə qaçırdığı epizodların əvəzini çıxdı. Oyunda son nöqtəni isə İsa Atayev qoydu. Beləliklə 4:1 hesablı qələbə qazanan millimiz qrup lideridir.
BİRİNCİ
‹
16
17
18
19
20
21
22
23
24
›