DÜNYA ÇEMPİONATI
-
Rumıniya – Azərbaycan: Məkan və saat açıqlandı
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində sentyabrın 15-də keçiriləcək Rumıniya – Azərbaycan oyununun başlama saatı və matçın keçiriləcəyi məkan açıqlanıb.
Oyun sentyabrın 15-də, Bakı vaxtı ilə saat 19:30-da Buzau şəhərindəki Romeo lamandi arenasında keçiriləcək.
-
Final mərhələsinin məkanı müəyyənləşib
Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib. Gələn il sayca 10-cü dəfə təşkil olunacaq bu mərhələyə Özbəkistan evsahibliyi edəcək. Bununla bağlı FİFA bu gün qərar qəbul edib. 24 komandanın iştirak edəcəyi final mərhələsinin matçları 2024-cü il sentyabrın 14-dən oktyabrın 6-dək keçiriləcək.
-
Millinin oyunlarının təqvimi
DÇ-2024-ün elit-raund mərhələsində iştirak edəcək Azərbaycan millisinin A qrupunda keçirəcəyi oyunların təqvimi dəqiqləşib. Komandamız ilk və son matçını səfərdə keçirəcək. Azarkeşlər doğma arenada ilk dueli sentyabrın 20-də izləyəcək.
-
Statistika nə deyir?
DÇ-2024-ün elit-raund mərhələsinin püşkü Azərbaycan millisini A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla bir qrupa saldı. Statistikaya nəzəaər saldıqda, millimiz bu rəqiblərdən Rumıniya ilə heç vaxt rəsmi oyunlarda qarşılaşmayıb. Ən çox isə Niderlandla gücünü sınayıb. Komandamız ümumiyyətlə beynəlaxlq arenada ikinci rəsmi matçını onlara qarşı keçirib. Bu duel 1995-ci ildə baş tutub və rəqibin qələbəsi ilə başa çatıb. Növbəti və sonuncu görüşlərdə heç-heçə qeydə alınsa da, yeganə qələbəni elə onların öz meydanında qazanmışıq. Maraqlıdır ki, həmin oyun DÇ-2016-nın pley-off mərhələsi çərçivəsində keçirilib. Rəqib meydanında 5:1 hesabı ilə qələbə qazanan komandamız Bakıda 4:4 hesablı heç-heçə etsə də, tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı.
Qazaxıstana gəldikdə, bu komanda ilə cəmi bir rəsmi oyunda rəqib olmuşuq. Onda da Bakıda keçirilən qrup mərhələsinin matçında millimiz 6:3 hesabı ilə qələbə qazanıb. Amma yoldaşlıq oyunlarında dəfələrlə rəqib olub Azərbaycan və Qazaxıstan milliləri.
-
Oyun cədvəli
Millimizin bu mərhələdə oyun cədvəli belə olacaq:
-
Millinin rəqibləri müəyyənləşib
Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raund mərhələsinin bu gün püşkü atılıb. A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlan komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.
-
Səfərdə başlayıb, səfərdə də yekunlaşdıracaq
DÇ-2024-ün elit-raund mərhələsindəki rəqibləri iyunun 8-də bilinəcək Azərbaycan millisi ilk oyununu səfərdə keçirəcək. Belə ki, UEFA artıq oyun cədvəlinin ardıcıllığını da açıqlayıb.
-
Millimiz üçüncü səbətdə
İyunun 8-də, saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzi-qərargahında final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü atılacaq. Artıq komandalar səbətlərə bölünüblər. Əsas mərhələni ən yaxşı qrup ikincisi kimi tamamlayan və bu mərhələyə birbaşa vəsiqə qazanan Azərbaycan millisi elit-raund üçün hazırlanmış 3-cü səbətdə yer alıb. Komandamızdan başqa bu səbətdə Ermənistan, Fransa, Serbiya və Sloveniya yığmaları qərarlaşıb. Bu isə o deməkdir ki, millimiz püşkdən sonra öz qrupunun 3-cüsü olacaq bu 4 komandanın heç biri ilə eyni qrupda yer almayacaq.